Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda “Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib

26 sentyabr 2019 | 11:00

  26 sentyabr 2019-cu il tarixdə Ağcabədi rayon Bayraq Muzeyində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Ağcabədi Rayon İcra Hakimiyyətinin  birgə təşkilatçılığı ilə “Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda  seminar-müşavirə keçirilib.
  Seminar-müşavirədə hüquq mühafizə orqanlarının rəhbərləri ,idarə, müəssisə və təşkilat rəhbərləri, RİHB-nın  inzibati ərazi dairə üzrə nümayəndələri ,rayon üzrə qeydiyyatdan keçmiş dini icmaların üzvləri, din xadimləri, ağsaqqallar, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak etmişdir.
 Tədbiri giriş sözü ilə açan Ağcabədi  Rayon  İcra  Hakimiyyətinin Başçısı Şahin Məmmədov bildirib ki, bu cür maarifləndirmə tədbirlərinin keçirilməsi xüsusi əhəmiyyətə malikdir. Rayon rəhbəri onu da qeyd edib ki, Ağcabədi rayonunda 14 məscid, 3 dini ocaq, 8 islam yönümlü dini icmada 15 rəsmi din xadimi fəaliyyət göstərir ki,Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq dini  mərasimlər yalnız bu dini ibadət yerlərində keçirilir.
 Rayon İcra Hakimiyyəti tərəfindən mənəvi və dini dəyərlərimizin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması məqsədilə yaşayış məntəqələrində dini komissiya üzvlərinin, eləcə də ictimaiyyət nümayəndələri, ağsaqqallar, ziyalılar, din xadimlərinin iştirakı ilə vaxtaşırı olaraq müxtəlif səpkili tədbirlər keçirilir. Tədbirlər çərçivəsində “Dini etiqad azadlığı haqqında” Qanunun tələbləri  geniş izah edilir, islam dininə yad olan bir sıra təriqətlərin- o cümlədən vəhabilik, nurçuluq və digər siyasi-dini cərəyanların cəmiyyətin inkişafı üçün təhlükə törətdiyi bir daha qeyd olunur. Bundan başqa, yerlərdə əhali ilə keçirilən görüşlər zamanı toy və yas mərasimlərinin israfçılığa yol verilmədən sadə formada təşkil edilməsi tövsiyə olunur.Bütövlükdə isə, rayonda dini durum sabitdir, dövlət-din münasibətlərinin qanun çərçivəsində qarşılıqlı anlaşma və hörmət əsasında qurulması daim  nəzarətdə saxlanılır.
 Daha sonra çıxış edən DQİDK sədrinin birinci müavini Səyyad Salahlı Azərbaycan xalqının əsrlərboyu digər din və mədəniyyətlərə dözümlü münasibəti ilə seçildiyini, eyni zamanda onlarla sülh və qarşılıqlı anlaşma şəraitində yaşadığını diqqətə çatdırıb. S.Salahlı respublikamızda heç zaman milli və dini etnik qruplar arasında ədavət və qarşıdurma hallarının müşahidə olunmadığını qeyd edib, Ümummilli Lider Heydər Əliyevin mənəvi dəyərlərimizə, o cümlədən din sahəsinə diqqət və qayğısından da danışıb. S.Salahlı, həmçinin Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın respublikamızın dünya ölkələri sırasında öz layiqli yerini tutması, tolerantlığın və multikultural ənənələrin inkişaf etdirilərək dünyaya çatdırılmasındakı xüsusi xidmətlərinə diqqət çəkib.
   Qeyd edək ki,seminar-müşavirə iki gün davam edəcəkdir.

Keçidlər