Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda “Diqqət, uşaqlar” aylığı çərçivəsində yol polisləri yeni maarifləndirici aksiyaya başlayıb

19 sentyabr 2019 | 11:00

   Daxili İşlər Naziriliyi rəhbərliyinin göstərişinə əsasən, yol polisi yeni dərs ilinin başlaması ilə əlaqədar küçə və yollarda hərəkətin intensivliyinin yüksələcəyi nəzərə alınaraq “Diqqət, uşaqlar” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirir.
  Ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması ilə əlaqədar küçə və yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyinin yüksək olduğu bir şəraitdə məktəblilərin təhlükəsizliyinin təmin edilməsi, xüsusilə uşaq və yeniyetmələrin yol hərəkəti ilə bağlı həyat və sağlamlıqlarının qorunması vacib məsələ kimi qarşıda durur. Bu məqsədlə ilk tədbir Ağcabədi şəhər 1 saylı tam orta məktəbdə keçirilmişdir. Çıxışlarda bildirilib ki, şagirdlər yolu keçən zaman mütləq şəkildə piyada keçidindən istifadə etməlidirlər. Həmçinin müəllimlər hər dərsin bir neçə dəqiqəsini yol hərəkəti qaydaları haqqında danışsalar müsbət nəticəsi ola bilər. Valideynlərə isə avtomobillərini məktəblərin ətrafında, eləcə də ikinci, üçüncü cərgədə, avtobus dayanacaqlarında və piyada səkilərində saxlamamaq tövsiyə olunub.

Keçidlər