Ağcabədi rayonu Təhsil şöbəsində 20 Yanvar faciəsinin 24 - cü ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
17 yanvar 2014 - cü il tarixdə saat 14:30-da Ağcabədi rayonu Təhsil şöbəsinin iclas zalında 20 Yanvar faciəsinin 24 - cü ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
İlk öncə tədbir iştirakçıları Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş, xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etmişdilər.
Daha sonra 20 Yanvar faciəsinin 24 - cü ildönümü ilə əlaqədar Rayon Təhsil şöbəsinin metodisti Niyazi Zeynalov məruzə ilə çıxış etmişdir.
Tədbir çıxışlarla davam etdirilmişdir. Çıxış edən məktəb direktorları və digər insanlar 1990-cı ilin o məşum gecəsindən, Azərbaycan xalqının həm qürur tarixindən, həm də hüzn gecəsindən danışaraq bütün şəhidlərə Tanrıdan rəhmət diləmişlər və bildirmişlər ki, nə qədər ki, bu xalq, dövlətimiz var şəhidlərimiz heç zaman unudulmayacaqdır.