Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “15 sentyabr – Bilik Günü”nə həsr olunmuş gənc müəllimlərin iştirakı ilə dəyirmi masa keçirilmişdir.
13 sentyabr 2019-cu il tarixində Yeni Azərbaycan Partiyasının Ağcabədi rayon təşkilatının akt zalında “15 sentyabr – Bilik Günü”nə həsr olunmuş gənc müəllimlərin iştirakı ilə dəyirmi masa keçirilmişdir.
Rayon Gənclər və İdman idarəsinin, Yeni Azərbaycan Partiyası rayon Təşkilatının Gənclər Birliyi, Təhsil şöbəsinin gənc müəllim kollektivinin iştirakı ilə keçirilən tədbirdə rayon Gənclər və İdman İdarəsinin rəis müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Eldəniz Qənbərov çıxış edərək qeyd etdi ki, müasir dövrümüz elm və texnika dövrüdür, inkişaf əsasən bu iki amillə izah olunur. Təhsilsiz isə bu sahələrdə heç bir irəliləyiş ola bilməz. Dövlətin savadlı kadr potensialı da məhz müasir təhsil və keyfiyyətli tədrislə yaradılır. Azərbaycan xalqının ümummilli lideri, görkəmli ictimai-siyasi xadim Heydər Əliyevin dövlətçilik fəaliyyətində təhsilə diqqət xüsusi yer tutur. Təsadüfi deyil ki, ulu öndər: “Təhsil millətin gələcəyidir”, - deyirdi. Bu gün təhsil sahəsində davamlı olaraq islahatlar həyata keçirilməkdədir. Azərbaycanda təhsilə qayğı ən yüksək səviyyədədir. Bu sahədə həyata keçirilən hər islahat, baş verən hər bir hadisə ilk növbədə Azərbaycanın xoşbəxt gələcəyinə hesablanmışdır. Bütün bunlar bir daha əmin olmağa əsas verir ki, müasir Azərbaycan təhsili özünün zəngin mütərəqqi ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf edəcəkdir. Müəllim sözü müqqədəs deyil, müqqədəs olan müəllimlikdir. Hər zaman bu ada layiq olmağınızı arzu edirəm və sonda hər birinizə bu çətin və şərəfli işinizdə uğurlar və müvəffəqiyətlər diləyir. Eləcədə yeni tədris ilinin başlanması münasibətilə sizləri təbrik edirəm.
Tədbirdə çıxış edən Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi, Yeni Azərbaycan Partiyasının Ağcabədi rayon Təşkilatının Gənclər Birliyinin sədr müavini Cavid Bünyadov , Yeni Azərbaycan Partiyası Ağcabədi rayon Təşkilatının əməkdaşı Mehman Novruzov, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Zaur Turabov və digər qonaqlar bu gün Azərbaycanda gənc kadrların hazırlanmasına, onların işlə təmin olunmasına xüsusi diqqət yetirildiyini. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələri olduğunu, hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri oluduğunu diqqətə çatdırdılar. Gənc müəllimlərə bu şərəfli peşənin necə məsuliyyətli olduğunu və gözəl Azərbaycanımıza layiqli övladlar yetişdirilməsində müəllimlərin xüsusi rolunu vurğuladılar . Yeni tədris ilində gənc müəllimlərə yeni-yeni nailiyyətələr və uğurlar arzu etdilər.
Daha sonra söz digər tədbir iştirakçılarına verilmiş eləcədə gənc müəllimlərin fikirləri dinlənilmişdir.