Nazir müavini Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında oldu
12 sentyabr 2019 | 11:00
12.09.2019-cu il tarixdə Azərbaycan RespublikasıTəhsil nazirinin müavini Məhəbbət Vəliyeva Ağcabədi rayonuna səfəri zamanı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında oldu.Tədris ocağının vəziyyəti ilə tanış olan nazir müavini kollektivin bir qrup üzvü ilə görüşüb onları narahat edən məsələlər barədə fikirlərini dinlədikdən sonra universitetin direktoruna öz tapşırıq və tövsiyələrini verdi.