Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi şəhəri M.Əsədov adına 5 saylı tam orta məktəbində 20 Yanvar faciəsinin 24 - cü ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.

18 yanvar 2014 | 11:00

17 yanvar 2014 - cü il tarixdə saat 08:00-da Ağcabədi şəhəri M. Əsədov  adına 5 saylı tam orta məktəbində 20 Yanvar faciəsinin 24 - cü ildönümü ilə əlaqədar YAP Ağcabədi Rayon Təşkilatı Qadınlar Şurasının, Gənclər Birliyinin üzvlərinin və 5 saylı tam orta məktəbinin təşkilatçılığı ilə tədbir keçirilmişdir.
   Tədbirdə YAP Ağcabədi Rayon Təşkilatı Qadınlar şurası və Gənclər Birliyinin üzvləri və 5 saylı tam orta məktəbin müəllim və şagird kollektivi iştirak etmişdilər.
   Tədbiri məktəbin təhsil üzrə direktor müavini Tərlan Məmmədova giriş sözü ilə açaraq, 1990-cı ildə baş vermiş faciə haqqında şagirdlərə məlumat verdi. Daha sonra YAP Ağcabədi Rayon Təşkilatı Qadınlar şurasının sədr müavini Radə Qafarova və Gənclər Birliyinin sədr müavini Nicat Axundov çıxış etmişdilər.
   Tədbir şagirdlərin hazırladığı ədəbi – bədii kompozisiyalarla davam etmişdir.

Keçidlər