Şriftin ölçüsü :

Saytın rəngi :

ADPU-nun Ağcabədi filialına yeni təyin olunan direktor kollektivə təqdim edildi.

11 sentyabr 2019 | 11:00

11 sentyabr 2019-cu il tarixdə ADPU-nun Ağcabədi filialına yeni təyin olunmuş direktor dosent Mobil Kamil oğlu Məcidov kollektivə təqdim edilib.Təqdimatda ADPU-nun Tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva, filialın sabiq direktoru, dosent Mətanət Fərzəliyeva və filialın professor-müəllim heyyəti iştirak edib.Tədbiri giriş sözü ilə dosent Mətanət Fərzəliyeva açdı. O, öz çıxışında ADPU-nun Ağcabədi filialının tarixindən, onun son illər əldə etdiyi uğurlardan danşdı. Sonra sözü ADPU-nun Tədris işləri üzrə prorektoru dosent Eldar Aslanova verdi. Dosent Eldar Aslanov ADPU-nun rektoru professor Cəfər Cəfərovun və öz adından kollektivi salamlayıb, filialın son illər əldə etdiyi uğurlu nəticələrə görə sabiq direktor dosent Mətanət Fərzəliyevaya və kollektivə öz təşəkkürünü bildirdi. Daha sonra Ağcabədi RİH başçısının müavini Naibə Mustafayeva çıxış edərək ADPU-nun Ağcabədi filialının rayonun içtimai siyasi həyatında fəaı rol oynadığını vurğuladı və yeni təyin olunmuş direktor dosent Mobil Məcidovu təbrik edərək, ona yeni təyinatda uğurlar arzuladı.  ADPU-nun Ağcabədi filialına yeni təyin olunan direktor dosent Mobil Kamil oğlu Məcidovu kollektivə təqdim edib, onun haqqında məlumat verdi. Sonra yeni təyin olunan direktor dosent Mobil Məcidov çıxış edərək Təhsil Naziri Ceyhun Bayramova və ADPU-nun rektoru professor Cəfər Cəfərova ona göstərdikləri etimada görə təşəkkür edib, bu etimadı doğruldaraq filialın daha yüksək naliyyətlər əldə edəcəyini bildirdi.Tədbirdə filialın Tədris və elmi işləri üzrə direktor müavini dosent Seymur Süleymanov, Tərbiyə işləri üzrə direktor müavini dosent Mahir Səlimov, filialın baş müəllimi Əlizadə Nəcəfov çıxış edərək, filialın son dövrdə əldə etdiyi nəaliyyətlərdən danşdılar və yeni təyin olunmuş direktor dosent Mobil Məcidovu təbrik edib ona uğurlar arzuladılar.

Keçidlər