Aşura günü Ağcabədidə keçirilən humanitar aksiyada 84 nəfər qan verib
10 sentyabr 2019 | 11:00
10.09.2019-cu il tarixdə Aşura günü ilə əlaqədar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında keçirilən qanvermə aksiyasında 84 nəfər qan verib.
Rayon İcra Hakimiyyətinin dəstəyi , Qafqaz Müsəlmanları İdarəsi və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə reallaşan aksiyada rayon sakinləri, dindarlar fəal iştirak ediblər.B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun əməkdaşları tərəfindən toplanan qan müayinədən keçirildikdən sonra hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.