Şriftin ölçüsü :

Saytın rəngi :

“21 Sentyabr – Beynəlxalq Sülh Günü”nə həsr olunmuş Ağcabədi rayon açıq birinciliyi

09 sentyabr 2019 | 11:00

   09 sentyabr 2019-cu il tarixdə Ağcabədi Olimpiya İdman Kompleksində “21 Sentyabr – Beynəlxalq Sülh Günü”nə həsr  olunmuş Taekvando idman növü üzrə uşaq və yeniyetmələr arasında Ağcabədi rayon açıq birinciliyi keçirilmişdir. Birincilikdə Göyçay və Yevlax rayon komandaları da daxil olmaqla 5 komandadan 107 nəfər idmançı iştirak etmişdir. Açıq rayon birinciliyi gərgin mübarizə şəraitində keçmiş və idmançılar müxtəlif çəki dərəcələrində güclərini sınamışdırlar. Yekunda ayrı-ayrı çəki dərəcələrində I,II,III yerləri tutmuş idmançılara Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin tərəfindən diplom və medallar təqdim olunmuşdur.

 

Keçidlər