Əli Əhmədov Ağcabədi Olimpiya İdman KompleksindəYeni Azərbaycan Partiyasının gəncləri ilə görüş kecirdi
08 sentyabr 2019-cu il tarixdə Yeni Azərbaycan Partiyası və Rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə Ağcabədi Olimpiya İdman Kompleksində gənclərlə görüş keçirildi.
Tədbir İştirakçıları əvvəlcə Rayon İcra Hakimiyyəti binası qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri qoyaraq, onun xatirəsini yad etdilər. Daha sonra tədbir Ağcabədi Olimpiya İdman Kompleksində davam etdi.
Tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov, YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Millət vəkili,AFFA-nın vitse Prezidenti Rauf Əliyev, Millət vəkilləri Tahir Rzayev, Bəxtiyar Sadıqov, Bəxtiyar Əliyev, gənclər və YAP fəalları iştirak edib.
Görüş Dövlət Himninin səsləndirilməsi ilə başladı. Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Ağcabədi rayon İcra hakimiyyətinin Başçısı Şahin Məmmədov tədbiri giriş sözü ilə açaraq Yeni Azərbaycan Partiyasının yaradıcısı Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində Respublikamızın dinamik inkişaf etdiyini, beynəlxalq aləmdə tanınmış, multikultural və tolerantlıq nümunəsi olan ölkəyə çevrildiyini vurğulayıb. Görüşdə Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov çıxış edərək ölkəmizdə gənclər üçün hər cür həyat şəraitinin yaradıldığını bildirib.
O, həmçinin qeyd edib ki, biz gənclərimizə böyük ümid bəsləyirik. “Onlar ölkəmizin gələcəyinin qurucularıdırlar. Cənab Prezident İlham Əliyevin apardığı siyasəti gənclər dəstəkləyir, ona böyük önəm verirlər. Bu gün biz gəncləri ictimai işlərə cəlb edirik, onlarla müxtəlif tədbirlər keçiririk və onları daha da fəallaşdırırıq ki, Azərbaycanın gələcəyi etibarlı əllərdə olsun. Biz istəyirik ki, Azərbaycanın gəncləri yaxşı təhsil alsınlar və biliklərə yiyələnsinlər, idmana cəlb edilsinlər, sağlam həyat tərzi keçirsinlər. Mən əminəm ki, cənab Prezident İlham Əliyevin apardığı siyasəti gənclərimiz dəstəkləməklə həmin siyasətin həyata keçməsinə öz töhfələrini verəcəklər”.
Sonra Milli Məclisin deputatı Tahir Rzayev çıxış edərək gənclərin vətənpərliyindən, fəallığından, rayonun ictimai-siyasi həyatında yaxından iştirak etməklərindən, dövlətə, dövlətçiliyimizə, Prezident İlham Əliyevin apardığı uzaqgörən siyasətə sədaqətli olduqlarını vurğulayıb.
Daha sonra tədbirdə idmançılar nümunəvi çıxışlar edib, konsert proqramı nümayiş etdirib öz məharətlərini göstərib.