Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsinin 24 –cü ildönümü münasibəti ilə Ağcabədi şəhəri M. Aranlı adına 11 saylı tam orta məktəbdə anım mərasimi keçirilmişdir.

16 yanvar 2014 | 11:00

   15 yanvar 2014- cü ildə saat 11:00 –da Ağcabədi şəhəri  M. Aranlı adına 11 saylı tam orta məktəbdə 20 yanvar faciəsinin 24 –cü ildönümü münasibəti ilə  anım mərasimi keçirilmişdir.
     Tədbiri məktəbin direktoru Eynulla  Hacıyev giriş  sözü ilə açaraq, Qanlı 20 Yanvar faciəsinin şəhidlərinin Azərbaycan xalqının rəşadət  tarixinin şərəfli səhifələrinə öz adlarını əbədi yazdırdığından  və onların qəhrəmanlığı tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
    Daha sonra çıxış edən məktəbin  müəllimləri  İradə Cəfərova, S.Əkbərova, S.Turabova 20 yanvar faciəsində şəhid olanların vətənpərvərliyini yüksək qiymətləndirərək onların Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda həyatlarını qurban verrdiklərini, canlarını fəda etdiklərini, şəhidlik zirvəsinə qədər yüksəldiklərini qeyt etmişdilər.
   Sonra məktəbin şagirdləri 20 yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş ədəbi- bədii kompazisiya ilə çıxış etmişlər.
    Tədbirin sonunda məktəbin müəllimin və şagird kollektivi 20 yanvar  faciəsində həlak olmuş  şəhidlərin hər birinin xatirəsini əbədiləşdirmək üçün 137 ağac və gül kolları əkmişdilər.

Keçidlər