Şriftin ölçüsü :

Saytın rəngi :

Məhərrəm ayının başlaması ilə əlaqədar tədbir keçirilib

27 avqust 2019 | 11:00

   Avqustun 27-də Ağcabədi rayonunda Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsi və Qafqaz Müsəlmanları İdarəsinin rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə Məhərrəm ayının başlaması ilə əlaqədar tədbir keçirilib.

  İdarə və təşkilatların, hüquq-mühafizə orqanlarının rəhbərləri, dini icma sədrləri, din xadimləri, ağsaqqallar, yerli ərazi nümayəndələri, bələdiyyə sədrləri, təhsil işçiləri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov mövzunun əhəmiyyətindən danışıb. Natiq qeyd edib ki, humanizmi və bəşəri ideaları ilə dünya sivilizasiyasının möhtəşəm səhifəsini təşkil edən İslam dini xalqımızın dünya görüşünün formalaşmasında və milli-mədəni inkişafında müstəsna rol oynayıb, mütərəqqi islami dəyərlər və ənənələr Azərbaycanda həmişə uca tutulub. Ölkəmizdə bütün dinlərin nümayəndələrinə öz dini etiqad və azadlıqlarını ifadə etmək, dini ayin və mərasimləri sərbəst yerinə yetirmək üçün şərait yaradılıb. İH-nin başçısı eyni zamanda Məhərrəm ayı ilə bağlı bütün mərasimlərin qanunvericilik çərçivəsində Azərbaycan xalqının, İslam dininin yüksək mədəni normalarına uyğun keçirilməsinin zəruriliyini diqqətə çatdırıb.

  Digər çıxış edənlərdə çıxışında bildirib ki, aşura mərasimləri ibadət ocaqlarında ictimai asayişə riayət olunmaqla keçirilməli, təziyə məclislərində Kərbəla şəhidləri ilə yanaşı Vətənimiz uğrunda canlarını qurban vermiş qəhrəman övladlarımızın da əziz xatirəsi ehtiramla anılmalıdır.

Keçidlər