Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Fondu aztəminatlı ailələrə qurban payları çatdırıb.

13 avqust 2019 | 11:00

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım  Əliyevanın təşəbbüsü ilə Qurban bayramı münasibətilə 797 nəfər rayon sakini,487 nəfər Laçın rayonundan olan məcburi köçkün, 49 nəfər digər rayonlardan olan məcburi köçkün olmaqla Ağcabədi rayonu üzrə cəmi 1333 nəfər aztəminatlı ailələrə qurban payları çatdırılıb.Qeyd edək ki, Heydər Əliyev Fondunun nümayəndələri mütəmadi olaraq müxtəlif bayramlarda aztəminatlı ailələrə baş çəkərək onlara Fondun adından sovqatlar təqdim edir.Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu layihə aztəminatlı ailələr üzrə dövlət siyasətinə töhfə vermək məqsədi daşıyır.

Keçidlər