Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Ağcabədi rayon təşkilatı Qurban bayramı münasibətilə balacalarımızı təbrik etdi.

13 avqust 2019 | 11:00

YAP Ağcabədi rayon təşkilatı Müqəddəs Qurban bayramını xüsusi qayğıya ehtiyacı olan uşaqlarla birlikdə qeyd etdi. Ağcabədi rayonunda fəaliyyət göstərən Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi nəzdindəki "İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi"ndə təşkil edilən bayram şənliyində Partiyanın aparat rəhbəri Nazim Bünyatov və Qadınlar Şurasının sədri Radə Qafarova iştirak edərək uşaqları və onların ailələrini təbrik etdilər. Bayramın mahiyyətindən danışan qonaqlar hər kəsin ailəsinə, evinə bol ruzi və bərəkət arzu edərək, onlarla birlikdə bayram tortunu kəsdilər. Sonda YAP Ağcabədi rayon təşkilatı tərəfindən ailələrə qurban payı təqdim edildi.

Keçidlər