Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda 2019-cu ilin birinci yarısında sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədovun hesabat yığıncağı keçirilmişdir.

07 avqust 2019 | 11:00

7 avqust 2019-cu il tarixdə saat 11:00-da Ağcabədi Rayon İcra Hakimiyyətində Ağcabədi rayonunda 2019-cu ilin birinci yarısında sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədovun hesabat yığıncağı keçirilmişdir.Yığıncaqda rayon İcra Hakimiyyəti Başçısı yanında Şura üzvləri, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları, YAP rayon təşkilatı ərazi ilk təşkilatlarının sədrləri, sahibkarlar və fermerlər iştirak etmişlər.Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov bildirmişdir ki, Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan daha da qüdrətlənmiş, siyasi sabitlik qorunub saxlanılmış, vətəndaş həmrəyliyinə, iqtisadi inkişafın sürətlənməsinə nail olunmuşdur.Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişafın ölkənin hər bir bölgəsində olduğu kimi, Ağcabədi rayonunda da uğurla davam etdiyini bildirən Ş.Məmmədov qeyd etmişdir ki, bu ilin birinci yarısında Ağcabədi rayonunda həyata keçirilmiş genişmiqyaslı işlər, qazanılan uğur və nailiyyətlər genişlənməkdədir. Rayonda “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq təmir-tikinti, abadlıq, bərpa, quruculuq işləri davam etdirilir. Şəhərin Heydər Əliyev, Üzeyir Hacıbəyli prospektlərində, Nəriman Nərimanov, Hüsü Hacıyev, Səməd Vurğun və Xəlfərəddin küçələrində abadlıq işləri davam etdirilir.Hesabat dövründə Üzeyir Hacıbəyli prospekti 355 və Vaqif küçəsi 7 və 9 saylı yaşayış binalarında təmir işləri aparılmışdır.Ağcabədi şəhər 2 saylı 100 yerlik Körpələr evi-uşaq bağçasının, şəhərin Səməd Vurğun küçəsində Avtovağzal kompleksinin, Ağcabədi şəhəri Üzeyir Hacıbəyli prospektində “ASAN” xidmət mərkəzinin, 432 şagird yerlik Salmanbəyli kənd və 264 şagird yerlik Qaradolaq kənd 1 saylı tam orta məktəbləri üçün yeni binanın , Hüsülü kənd ərazisində Dənli Bitki toxumlarının emalı zavodunun, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ümumi uzunluğu 18 km olan Boyat-Biləğan-Hacılar-Qaraxanlı kəndlərarası avtomobil yolunun tikintisi aparılır.Daha sonra hesabat ətarfında çıxışlar dinlənildi. Çıxışlarda əhalinin təbii qaz, elektrik enerjisi, rabitə və digər xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən, təhsil, mədəniyyət, səhiyyə sahələrindəki vəziyyətdən də ətraflı bəhs edilib, mövcud problemlərə toxunulub, onların aradan qaldırılması yollarından və növbəti yarımildəki görüləcək işlərdən danışılmışdır.Yekunda Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələrini hesabat iştirakçılarının diqqətinə çatdırdı.

Keçidlər