Şriftin ölçüsü :

Saytın rəngi :

3 avqust 2019-cu il tarixdə saat 09:00–da Ağcabədi rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilmişdir.

03 avqust 2019 | 11:00

3 avqust 2019-cu il tarixdə saat 09:00–da Ağcabədi rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilmişdir. Bu xoşməramlı missiyanın keçirilməsinə əsas səbəb qan xəstəliklərindən (hemofiliya, talassemiya və leykimiya) əziyyət çəkən uşaq və yeniyetmələrə dəstək olmaq və onların qana olan ehtiyaclarını qisməndə olsa qarşılamaqdır. Ağcabədi rayonunda xeyirxah bir ənənə halını almış qanvermə aksiyasında Ağcabədi rayon İcra Hakimyyətinin Başçısı cənab Şahin Məmmədov, aparat strukturu, hüquq mühafizə orqanlarının rəhbərliyi və rayonun aparıcı müəssisələrinin rəhbərliyi, rayon ictimaiyyəti – ziyalılar, ağsaqqallar, gənclər ümumiyyətlə sağlamlıq məhdudiyyətləri olmayan hər bir kəs iştirak etmiş və sosial məsuliyyət tədbirində öz vətəndaşlıq məsuliyyəti ilə xeyirxah amallara xidmət edən bu aksiyanın iştirakçısı olmaq istəmişdir.

Keçidlər