Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonu Kəbirli kəndində 640 şagird yerlik Kəbirli kənd tam orta məktəb binasının əsaslı təmirdən sonra açılışı olmuşdur.

08 yanvar 2014 | 11:00

  07 yanvar  2014- cü il tarixdə Ağcabədi rayonu Kəbirli  kəndində 640 şagird yerlik Kəbirli kənd tam orta məktəb binasının  əsaslı təmirdən sonra  açılışı ilə bağlı  tədbir  olmüşdür.
   Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov ilk öncə məktəbin şagird və müəllim kollektivini məktəbin əsaslı təmirdən sonra  açılışı münasibəti ilə təbrik etdi.  Rayon rəhbəri bildirdi ki, sizlərə də bəlli olduğu kimi, Azərbaycan son dövrlər qazandığı uğurlarla, gördüyü işlər öz sözünü dünyada  deyən güclü bir dövlətdir. Azərbaycanın Ulu Öndər Heydər Əliyev tərəfindən uğurla əsası qoyulan  inkişaf strategiyası cənab Prezidentimiz  İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Azərbaycanın inkişafı  təkcə beynəlxalq arenada deyil, regionlarda aparılan yenidənqurmalarla özünü bürizə verir. Bildirdi ki, hal-hazırda Azərbaycanın bütün bölgələrində olduğu kimi, Ağcabədi rayonunda da inkişaf yüksək səviyyədə gedir. Daha sonra rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov qeyd etdi ki, Prezident İlham Əliyev cənablarının gərgin və fədakar əməyi sayəsində ölkəmizdə bütün sahələrdə sürətlə gedən inkişaf təhsil sahəsində uğurla davam etdirilir. Məktəblərimizdə əlverişli təlim-tərbiyə şəraitinin yaradılmasına xidmət edən maddi-texniki bazanın yenidən qurulması, müasir təhsil avadanlığı və informasiya-kommunikasiya texnologiyaları ilə təminat sahəsində genişmiqyaslı işlərin görülməsi bu günümüzün reallığıdır.
   Daha sonra tədbirdə çıxış edən məktəbin direktoru, müəllimləri ,kəndin ağsaqqalları və ziyalıları çıxış edərək əsaslı təmirdən sonra  müasir tələblərə cavab verən məktəb binasının bütün ziyalılar üçün xeyirli olmasını və məktəbin müəllim və şagird kollektivinə uğurlar və nailiyyətlər arzulamışdılar. Onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Azərbaycan dövlətinin maddi –mənəvi irsinin təbliğ olunmasında, “ Yeniləşən Azərbaycana yeni məktəb” layihəsini həyata keçirməklə təhsilə, uşaqlarımıza,gənclərimizə hər zaman öz maddi və mənəvi dəstəyini əsirgəməyən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədova minnətdarlıqlarını bildirmişlər.
   Yekunda  məktəb şagirdlərinin hazırladıqları ədəbi –bədii kompozisiya nümayiş olunmuş və əsaslı təmirdən sonra  məktəbdə aparılan işlər haqqında Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədova məlumat verilmişdir.
    Tədbirdə 1200 nəfər iştirak etmişdir.

Keçidlər