Ağcabədi rayonu Əlfi Məmmədov adına Salmanbəyli kənd tam orta məktəbinin yeni binasında tikinti işləri davam etdirilir.
Təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Təhsil sahəsində əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş islahatlar bu gün cənab Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə , yeni keyfiyyətdə uğurla davam etdirilir və bu sahədə atılan genişmiqyaslı addımlar ölkəmizdə savadlı, istedadlı gənc nəslin yetişməsinə, təhsilin böyük nailiyyətlər əldə etməsinə şərait yaradır. Respublikamızda hər sahədə nəzərə çarpan dinamik inkişaf cənab Prezident İlham Əliyevin diqqət və qayğısı sahəsində təhsil sahəsində də uğurla həyata keçirilir. Daha keyfiyyətli təhsilin tədris olunması üçün bütün bölgələrimizdə yeni məktəb binaları tikilir, əsaslı təmir olunur və müasir tələblərə cavab verən avadanlıqlarla təchiz olunur.
Respublikamızın hər yerində olduğu kimi, bu inkişaf Ağcabədi rayonunda da özünü göstərir. Daha səmərəli, keyfiyyətli təhsil üçün rayonumuzda son illərdə yeni məktəb binaları tikilmiş , əsaslı təmir olunmuş və müasir avadanlıqlarla təchiz olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 12 oktyabr 2018-ci il tarixli sərəncamı ilə 432 şagird yerlik Salmanbəyli kənd tam orta məktəbinin tikintisinə başlanılmışdır. Ümumi ərazisi 2,5 ha torpaq sahəsində tikintialtı sahəsi 2372 m2 , ikimərtəbəli olan Salmanbəyli kənd tam orta məktəbinin yeni binasında hal - hazırda tikinti işləri davam etdirilir.