Şriftin ölçüsü :

Saytın rəngi :

“ Ekoloji İnformasiya” İctimai Birliyi Ağcabədi rayonunda tədbir keçirmişdir.

24 iyul 2019 | 11:00

24 iyul 2019-cu il tarixdə Ağcabədi rayonu Tarix -Diyarşünaslıq muzeyində “ Ekoloji İnformasiya” İctimai Birliyi  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına  Dövlət Dəstəyi Şurasının  dəstəyi ilə “ Bərk məişət tullantılarının idarə olunması ilə bağlı regionlarda maarifləndirmə işlərinin aparılması” layihəsinin icrası ilə əlaqədar olaraq tədbir keçirmişdir.
  Tədbirdə RİHB aparatının  Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Qurban Babayev iştirak etmişdir.
    Tədbirdə  layihənin məqsədinin  Aran regionunda bərk məişət tullantılarının idarə olunmasında bələdiyyələrin, icmaların, yerli əhalinin, yeniyetməllərin və gənclərin bilik və bacarıqlarını artırmaq üçün hərtərəfli maarifləndirmə kompaniyasının aparılması və cavabdeh  tərəflərin məsuliyyətlərinin qarşılıqlı şəkildə artırmaq yolu ilə ekoloji durumun yaxşılaşdırılmasını təşkil etməkdən ibarət olduğu  iştirakçıların diqqətinə çatdırılmışdır.
    Tədbirin yekununda tədbir iştirakçılarının  mövzu ilə bağlı maraqlandırılan  sualları cavablandırılmışdır.

Keçidlər