Ağcabədidə abadlıq-quruculuq işləri davam etdirilir.
Hazırda şəhərin Heydər Əliyev, Üzeyir Hacıbəyli prospektlərində ,Nəriman Nərimanov, Hüsü Hacıyev və Xəlfərəddin küçələrində abadlıq işləri davam etdirilir.
Şəhərin Heydər Əliyev prospektində səkilərdə təmir –bərpa işləri aparılaraq 1440 kvm tamet, 650 p/m bardür düzülmüşdür. Üzeyir Hacıbəyli prospektində 2800 kvm tamet, 170 p/m bardür, 110 p/m səki yanlarına ağ lay düzülmüşdür. Nəriman Nərimanov küçəsində hasarlarda 260 kvm hörgü, 300 kvm suvaq , 4700 p/m ağ lay bəzək daşları , 550 kvm ağ lay vurulmuşdur.
Şəhərin Hüsü Hacıyev küçəsində 1000 kvm ağ lay, 4500 kvm bəzək daşları, 320 kvm hörgü, 700 kvm suvaq, 600 kvm dekarativ üzlük, Səməd Vurğun küçəsində 700 kvm tamet, Xəlfərəddin küçəsində 700 kvm tamet, 60 metr bardür işləri görülmüş, hal-hazırda işlər davam etdirilir.
Şəhərin Vaqif küçəsində yerləşən 9 saylı çoxmənzilli binanın dam örtüyü yenilənmiş və mənzillərdə əsaslı təmir işləri görülmüşdür.