Ağcabədi rayonunda Yeni Azərbaycan Partiyası rayon təşkilatının yeni inzibati binasının təməlqoyma mərasimi və "Milli Qurtuluş Günü “ münasibəti ilə ümumrayon tədbiri olmuşdur.
15 iyun 2012-ci il tarixdə Ağcabədi rayonunda “15 iyun – Milli Qurtuluş” günü münasibəti ilə ümumrayon tədbiri olmuşdur.
Tədbir üç hissədə keçirilmişdir. Tədbirin birinci hissəsində saat 18:30 –da Ağcabədi şəhəri Heydər Əliyev prospektində Yeni Azərbaycan Partiyasının Ağcabədi rayon təşkilatının yeni inzibati binasının təməlqoyma mərasimi olmuşdur.
Tədbirdə YAP Siyasi Şurasının üzvləri, Azərbaycan Respublikası Milli Məclisinin üzvləri Eldar İbrahimov, Hüseynbala Mirələmov, Milli Məclisinin üzvü Tahir Rzayev, Laçın Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov, YAP Mətbuat Xidmətinin rəhbəri Hüseyn Paşayev və YAP aparatının məsul işçisi, bölgə kuratoru Araz Xudadanov iştirak etmişdir.
Giriş sözü ilə tədbiri Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov açmışdır. Çıxış edən rayon rəhbəri ilk öncə tədbir iştirakçılarını “15 iyun – Milli Qurtuluş günü “ münasibəti ilə təbrik etmişdir. Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov qeyd etmişdir ki, bu gün qeyd etdiyimiz bu əlamətdar bayram ermənilərin elan olunmamış hərbi təcavüzünə məruz qalan Azərbaycanın daxilində qardaş qırğınının başlanması, vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması, Azərbaycının bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planını tam gücü ilə işə salındığı bir dövrdə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı bütün ümidini itirmiş xalqa,Azərbaycan dövlətinə bir xilas, qurtuluş oldu.Uzun sürən siyasi qarşıdurmalara, siyasi təxribatlara baxmayaraq Ümummilli Lider Heydər Əliyev nicat yolunu gözləyən xalqı intizarda qoymadı və Azərbaycana qayıtdı. Qısa zamanda başının üstünü qara buludlar bürüyən Azərbaycan Heydər Əliyev siyasətinin uğurlu, məntiqli nəticəsində öz xilasına qovuşa bildi və gündən – günə güclənən, siyasi maraqlarını müdafiə edən bir dövlətə çevrildi.
Ulu öndərin siyasi kursu bu gün Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Bu gün Azərbaycan dünyada söz sahibidir, ölkəmiz tərəqqi və sürətli inkişaf yolundadır.
Ağcabədi şəhəri Heydər Əliyev prospektində YAP Ağcabədi rayon təşkilatının yeni inzibati binasının təməlinin qoyulmasının məhz bu gün olması təsadüfi deyildir. Azərbaycanda xaos – anarxiyanın baş aldığı bir dövrdə xalqı vahid bir ideologiya ətrafında birləşdirməyə böyük zərurət var idi. Bu birlik xalqın təkidi ilə Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılan gələcək Azərbaycanın intibahının başlanğıcı sayılan Yeni Azərbaycan Partiyasının yaranması oldu.
Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov çıxış edərək bir daha bu gün münasibəti ilə hər bir kəsi təbrik etdi və təməli qoyulan yeni binanın hər bir YAP fəalı üçün uğurlu olmasını dilədi.
Daha sonra çıxış edən YAP Ağcabədi rayon təşkilatının sədri Arif Quliyev ilk öncə tədbir iştirakçılarını bu bayram günü münasibəti ilə təbrik etdi və qeyd etdi ki, Respublikamızda ictimai sabitliyin pozulduğu, öz başınalığın, hərkə - hərkəliyin, daxili didişmələrin, xain qonşularımız tərəfindən daim təcavüzə məruz qaldığı bir dövrdə xalqın təkidi ilə Heydər Əliyev hakimiyyətə yenidən qayıtdı və xalqı burulğandan xilas edib, sabitliyə doğru apardı. Bütün bunlarla yanaşı hakimiyyətdə xalqın güvən mənbəyinə çevrilən və onları bir amal uğrunda birləşdirən siyasi bir birliyə ehtiyac var idi. 1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 nəfər nüfuzlu ziyalısı-alimlər, müəllimlər, jurnalistlər, hüquqşünaslar, həkimlər “Səs” qəzeti vasitəsilə Heydər Əliyevə Qurtuluş hərəkatına rəhbərlik etməsi barədə rəsmi müraciət etdi. Yeni Azərbaycan uğrunda siyasi hərəkat genişlənirdi.
Məhz 1992- ci il noyabr ayının 21- də Heydər Əliyev rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaranması bu zərurətə son qoydu. Xalqın istəyi ilə Heydər Əliyev xalqın ölkənin, xalqın taleyi, müqəddaratı missiyasına rəhbərliyi öz üzərinə götürdü.
YAP Ağcabədi rayon təşkilatının sədri Arif Quliyev yekunda tədbir iştirakçılarını təbrik etdi və siyasi həmfikirlərə uğurlara arzuladı
YAP Ağcabədi rayon təşkilatı Gənclər Birliyinin sədri Sadiq Əliyev ,YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Naibə Mustafayeva çıxış edərək bu gün münasibəti ilə qonaqları salamlamış və bu günki bayram günü münasibəti ilə təbrik etmişlər
YAP Siyasi Şurasının üzvü, Azərbaycan Respublikası Milli Məclisinin üzvü Eldar İbrahimov yekunda çıxış edərək YAP Ağcabədi rayon təşkilatının yeni inzibati binasının təməlinin məhz belə əlamətdar gündə qoyulması münasibəti ilə hər kəsi təbrik etmiş və gələcək fəaliyyətlərindən siyasi həmfikirlərinə uğurlar arzulamışdır və qeyd etmişdir ki, gündən günə regionların inkişafı , əhalinin həyat şəraitinin yaxşılaşdırılması dövlət rəhbərinin diqqət və qayğısının bariz nümunəsidir. Milli Qurtuluş Günündə ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə ulu öndərimiz Heydər Əliyev tərəfindən yaradılmış, məramı xalqımıza və dövlətçiliyimizə xidmət etmək olan Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binasının təməlqoyma mərasimində iştirak etməkdən böyük şərəf duyuram. Heydər Əliyev Azərbaycanı məhv olmaqdan xilas etdi, qurdu, möhkəmləndirdi. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında bu gün ölkəmiz intibah dövrünü yaşayır. Regionlar da sürətli inkişaf yolundadır. Bu tərəqqi ulu öndər Heydər Əliyev ideyalarının təntənəsidir, möhtərəm Prezidentimiz İlham Əliyevin qayğı və diqqətinin təzahürüdür.
Natiq inam hissi ilə qeyd etdi ki, hamımızın qəlbində yaşayan, sevgilərimizin məbədinə çevrilən dahi şəxsiyyət Heydər Əliyevin ideyalarına bütün ağcabədililər hər zaman sadiq qalacaqlar.
Təməlqoyma mərasimindən sonra rayon Rayon İcra Hakimiyyətinin qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin möhtəşəm heykəlinin önünə tər çiçəklər düzərək, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etdilər.
Tədbirin üçüncü bədii hissəsi saat 19:30 –da Ağcabədi rayonu Heydər Əliyev adına mədəniyyət və istirahət parkında olmuşdur.
Tədbirdə çıxış edən Ağcabədi rayon İcra Hakimyyətinin Başçısı cənab Şahin Məmmədov çıxış edərək , bu günki əziz gün münasibəti ilə Ağcabədi rayon sakinlərini təbrik etdi və bildirdi ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının tarixində,Azərbaycan xalqının qəlbində özünəməxsus yeri var. Azərbaycan dövlətçiliyinin başının üstünü qara buludlar alanda Ümummilli Lider Heydər Əliyev öz vətənin də, xalqının da dadına yetişdi və Azərbaycan dövlətini zirvələrdə heç zaman sönməyən parlaq günəşə çevirdi.
Ağcabədi rayon İcra Hakimyyətinin Başçısı cənab Şahin Məmmədov çıxışının sonunda bir daha tədbir iştirakçılarını yenidən təbrik etdi və qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevə qarşı olan xalq sevgisi zaman ötdükcə daha çox xalqın qəlbində böyüyür.və güclənir , xalq öz oğluna sonsuz sevgisini Onun siyasi varisi cənab Prezidentimiz İlham Əliyevə etimad göstərərək bildirdi və yanılmadıqlarını gördülər. Nə qədər ki, bu xalq var Heydər Əliyev böyüklüyü yaşayacaq, nəsildən – nəsilə ötürülərək onun Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi üçün gördüyü işlər örnək göstəriləcək.
Tədbirdə yenidən Ağcabədi ictimaiyyəti qarşısında YAP Siyasi Şurasının, Milli Məclisin üzvü Eldar İbrahimov çıxış edərək Azərbaycanın memarı və qurucusu, dünya şöhrətli siyasətçi Heydər Əliyevin ötən əsrin ortalarından XXI əsrin əvvəllərinədək olan böyük bir tarixi dövr ərzində xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərini konkret faktlarla tədbir iştirakçılarının nəzərinə çatdırdı.
Sonra rayonun təhsil və idman həyatında uğur qazananlara rayon rəhbərliyinin fəxri fərmanı və hədiyyəsi təqdim edildi.
Ardınca tədbirin bədii hissəsi davam etdi. Musiqi sədaları ətrafa yayıldı. Rayon Mədəniyyət və Turizm şöbəsinin incəsənət ustalarının oxuduqları mahnı və duetlər, şəhər incəsənət məktəbinin şagirdlərinin ifası şənlik iştirakçılarında dərin rəğbət oyatdı. Digər incəsənət ustalarının da musiqi proqramları və bənzərsiz çıxışları bayram iştirakçıları tərəfindən yüksək rəğbətlə qarşılandı.
Tədbirin sonunda, gecənin qaranlığında Ağcabədi səmalarını işıqlandıran möhtəşəm atəşfəşanlıq tədbiri öz gözəlliyi ilə başa çatdırdı.
Tədbirdə 6500 nəfər iştirak etmişdir.