2 iyul – Polis işçilərinin peşə bayramı günü münasibəti ilə Ağcabədi rayonunda tədbir keçirilib
02 iyul 2019-cu il tarixdə Ağcabədi rayonunda “2 iyul - Polis işçilərinin peşə bayramı günü” münasibəti ilə tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin möhtəşəm abidəsinin önünə tər çiçək dəstələri düzərək, Onun əziz xatirəsini yad etdiər.
Ağcabədi rayon Polis şöbəsinin rəisi Ənvər Həsənov tədbiri açaraq polis əməkdaşlarını təbrik etdi və bildirdi ki, bu gün Azərbaycan polisinin yaradılmasından 101 il ötür. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan polisinin işini həmişə yüksək qiymətləndirmiş və ona arxa, dayaq olmuşdur. Bu diqqət və qayğını Azərbaycan polisi bu gün də Ulu Öndərin layiqli davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyevin simasında hiss edir.
Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini Naibə Mustafayeva da çıxış edərək bildirmişdir ki, bu gün cəmiyyət həyatının bütün sahələri üçün vacib olan ölkədaxili sabitliyi yaradan və qoruyan, vətəndaşın asayişini mühafizə edən, dövlətin, vətəndaşların qanuni mənafelərinin və mülkiyyətinin hüquqa zidd əməllərdən qorunması, insanların azad, sərbəst yaşaması üçün lazımi şəraitin yaradılması istiqamətində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirən polislərin bayramıdır. Bu münasibətilə bütün polisləri təbrik edən natiq qeyd etmişdir ki, doğrudur Azərbaycan polisinin yaranma tarixi daha keçmişə, ötən əsrin iyirminci illərinə təsadüf edir. Amma yenidən Ümummilli Lider Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı fərmanla hər il iyulun 2-si "Azərbaycan polisi günü" kimi qeyd edilməyə başlanmışdır. Azərbaycan polisinin fəaliyyəti səmərəli, dövlət və xalq üçün əhəmiyyətlidir. Azərbaycan polisinə qarşı bu diqqət və qayğı cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
Çıxış edən digər natiqlərdə – Poliş işçilərini peşə bayramı münasibəti ilə təbrik etmişlər və sonda bir qrup polis veteranına hədiyyələr təqdim olunmuşdur.