Şriftin ölçüsü :

Saytın rəngi :

İyunun 21-də İqtisadiyyat naziri Şahin Mustafayev Ağcabədidə Laçın və Ağcabədi rayonlarından olan vətəndaşları qəbul edib.

21 iyun 2019 | 11:00

İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə keçirilmiş qəbullarda vətəndaşlar diqqətlə dinlənilib, qaldırılan məsələlərin böyük əksəriyyəti yerindəcə həll edilib, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.Qəbullara gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, içməli və suvarma suyu ilə təminat, kənd yollarının təmiri və tikintisi, güzəştli kreditlərin, müalicə-kurort fəaliyyəti üçün lisenziyanın verilməsi, arıçılıq və süd məhsullarının satışına dəstək göstərilməsi, sosial və sair məsələlərlə bağlı müraciət ediblər.Eyni zamanda, qəbula gələn sahibkarların təklifləri müzakirə olunub, onların heyvandarlıq, əkinçilik, balıqçılıq, baramaçılıq və digər sahələr üzrə investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib. Qəbula gələn digər şəhər və rayonlardan olan vətəndaşların müraciətləri də dinlənilib, operativ həlli üçün lazımi tədbirlər görülüb. Ümumilikdə qəbullarda 90-dək vətəndaşın müraciətinə baxılıb.Qəbula gələnlər bölgələrdə vətəndaşların qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya, yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.Vətəndaş qəbulu çərçivəsində İqtisadiyyat naziri Şahin Mustafayev “Ağcabədi-taxıl” aqroparkında olub, aparılan işlərlə yerində tanış olub. Ərazisi 3000 hektar olan aqroparkın 1500 hektarlıq ərazisində taxıl əkilib. Hər hektardan məhsuldarlıq 45-50 sentnerdir. Artıq aqroparkda 6 min ton buğda və 5 min ton arpa yığılıb. Hazırda isə taxıl biçini davam edir və biçilmiş sahədə dənli qarğıdalı əkini aparılır. Aqroparkda 30 min tonluq taxıl anbarı var.

Keçidlər