Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi şəhər Ş.Hüseynov adına 2 saylı tam orta məktəbdə “Son zəng” tədbiri keçirilmişdir.

14 iyun 2019 | 11:00

   14 iyun 2019-cu il tarixdə Ağcabədi şəhər Ş.Hüseynov adına 2 saylı tam orta məktəbdə  “Son zəng” tədbiri keçirilmişdir. 2018-2019-cu ilin məzunları bu yaddaqalan tədbirdə məktəbin müəllim və şagird kollektivi,dəyərli  olan valideynləri və 11 il bir ailə kimi sevdikləri sinif yoldaşları ilə birlikdə “Son zəng” tədbirini qeyd etmişdilər.Tədbir Azərbaycan Respublikasının Dövlət   himni ilə başladı. Məktəbin direktoru Məlahət Tağıyeva tədbiri açaraq, 2018-2019-cu tədris ilində attestat imtahanında yüksək nəticə əldə edən şagirdlərə müvəffəqiyyət arzuladı.Ali məktəbə qəbul olan məzunları və onların valideynlərini bir daha təbrik etdi.Tədbirdə XI sinifin ilk müəllimləri də iştirak edərək məzunlara xoş arzularını  bildirdilər.
   Tədbirdə Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Rövşanə Əliyeva, RTŞ metodisti Sona Əliyeva iştirak edirdilər.Qonaqlar məzunlara yeni yollarında uğurlar arzuladılar.
   Məktəbin müəllimləri şagirdlərlə rəqs edərək məzunlara uğurlar arzulayıb tədbiri daha da şənləndirdilər.Sonra musiqi sədaları altında məktəbin istedadlı şagirdləri öz rəqs və şeirləri ilə çıxış etdilər. Məzunların köməyi ilə “Son zəng”notlarını birincilər və məzunlar səsləndirərək tədbiri sona çatdırdılar.Hamı bir daha 2019-cu ilin məzunlarına  uğurlar arzuladılar.

Keçidlər