Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda Səhiyyə işçilərinin peşə bayramı münasibəti ilə tədbir keçirilmişdir.

17 iyun 2019 | 11:00

17 iyun 2019-cu il tarixdə Ağcabədi şəhəri “ Qızıl Saray” Şadlıq  evində “17 iyun -Səhiyyə işçilərinin peşə bayramı “ münasibəti ilə ümumrayon tədbiri kecirilmişdir .
    Tədbir iştirakçıları əvvəlcə Rayon  İcra Hakimiyyətinin qarşısında ucaldılmış Ulu Öndər  Heydər Əliyevin heykəlinin önünə tər çiçəklər düzərək, Onun əziz xatirəsini yad etmişdilər.
   Daha sonra tədbir “ Qızıl Saray” Şadlıq  evində davam etdirilmişdir. Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyəti başçısının  müavini- İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva çıxış edərək bildirmişdir ki, 17 iyun ölkəmizdə Səhiyyə Nazirliyinin yarandığı tarixdir və bu günün səhiyyə işçilərinin  peşə bayramı kimi qeyd olunması da elə bu amillə bağlıdır.1918-ci il iyunun 17-də ilk dəfə Azərbaycanda Səhiyyə Nazirliyi yaradılıb və bu sahə dövlətin idarəsinə keçmişdir. Bu qərar o zaman yenicə qurulmuş demokratik respublikanın ilk qərarlarından idi. Sovet dövründə də Azərbaycanda səhiyyə dövlətin nəzarətində olan və daimi inkişaf edən bir sahə olmuşdur.
   Tibb işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2001-ci il sərəncamına əsasən hər il iyunun 17-i Azərbaycan Respublikası səhiyyə işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
    Ulu Öndər Heydər Əliyevin Səhiyyə sahəsinə göstərdiyi diqqət və qaygıdan bəhs edən Naibə Mustafayeva bu siyasətin bu gün də uğurla  davam etdiyini bildirmişdir. Səhiyyə sahəsində yaradılan bu şəraitə və göstərilən diqqət, qayğıya görə ağcabədililər hər zaman Ölkə rəhbərinə öz  minnətdarlıqlarını və təşəkkürlərini bildirirlər.  Daha sonra fərqlənən səhiyyə işçilərinə Rayon İcra Hakimiyyəti Başçısının Fəxri fərmanı təqdim edilmişdir. Bayram tədbiri Ağcabədi Regional Mədəniyyət  idarəsinin hazırladığı bayram konserti ilə davam etmişdir.

Keçidlər