Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda Yeni şənliyi keçirilmişdir.

28 dekabr 2013 | 11:00

    27 dekabr  2013- cü il tarixdə saat 11:00 –da Ağcabədi rayonu Gənclər Mərkəzində Yeni il münasibəti ilə Ağcabədi şəhər 1 saylı körpələr evi-uşaq bağçasının , rayon Heydər Əliyev Mərkəzinin və U. Hacıbəyli adına "Qarabağ" Muğam Mərkəzinin təşkilatçılığı ilə  bayram şənliyi keçirilmişdir.
   Bayram şənliyində çıxış edənlər uşaqları 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə təbrik etmiş, onlara can sağlığı, xoşbətlik və heç zaman onların simalarından uşaq təbəssümünün, xoşbəxtliyinin əksik olmamasını arzulamışdırlar.
   Daha sonra hazırlanan bayram şənliyi  böyük coşqu ilə davam etdirilmiş və U. Hacıbəyli adına "Qarabağ" Muğam Mərkəzinin şagirdlərinin və musiqiçilərinin hazırladıqları musiqi proqramı  uşaqların marağına və sevincinə səbəb olmuşdur.
    Bayram şənliyinin sonunda uşaqlara Yeni il hədiyyələri verilmiş və bayramları təbrik olunmuşdur.
    Şənlikdə 70 –dən  çox  uşaq iştirak etmişdir

Keçidlər