Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon Sarıcalı kəndində səyyar qəbul-görüş keçirilmişdir.

08 iyun 2019 | 11:00

   08.06.2019-cu il tarixdə Ağcabədi rayonu Sarıcalı kəndində səyyar qəbul-görüş keçirilmişdir. Görüşdə  Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.
   Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov  sakinləri salamlayaraq, 30 aprel 2019-cu il tarixdə  Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasının keçirildiyini bildirmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələri barədə,  Strateji Yol xəritələrində 2016-2018-ci illər ərzində görülmüş işlər və 2019-2020-ci illər ərzində görüləcək işlər barədə, qaz limitinin 1700  m3-dən 2200 m3-dək artırılması barədə əhaliyə məlumat vermişdir. Eyni zamanda respublikamızda qazanılan uğurlardan, eləcə də rayonumuzda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışmışdır. 
   Keçirilən görüşdə çıxış edən sakinlər son illərdə Ağcabədi rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülən işləri yüksək qiymətləndirərək göstərilən davamlı diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıq ifadə ediblər. Qəbulda kənd sakinlərinin  su təchizatı, sosial müdafiə, məşğulluq məsələləri, yol, kənd təsərrüfatı, torpaq məsələləri ilə bağlı təkliflərinin hər biri barədə aidiyyatı təşkilatların rəhbərinə tapşırıqlar verildi, qaldırılmış  bir sıra məsələlər elə qəbul zamanı öz həllini tapdı.

Keçidlər