Ağcabədi rayonunda “Ticarət müəssisələrində, baza və anbarlarda yanğın təhlükəsizliyinin daha da etibarlı təmin olunması, bu sahədə çalışan işçilərin yanğın təhlükəsizliyi bilgiləri ilə maarifləndirilməsi məqsədilə” mövzusunda tədbir keçirilmişdir.
26 dekabr 2013- cü il tarixdə saat 11:00 –da Ağcabədi rayonu Ü. Hacıbəyli adına “ Qarabağ “ Muğam Mərkəzində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ Regional Dövlət Yanğın Nəzarəti idarəsinin təşkilatçılığı ilə “Ticarət müəssisələrində, baza və anbarlarda yanğın təhlükəsizliyinin daha da etibarlı təmin olunması, bu sahədə çalışan işçilərin yanğın təhlükəsizliyi bilgiləri ilə maarifləndirilməsi məqsədilə” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin .şöbə rəisi polkovnik Hikmət Xudiyev, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin təlimatçısı Nizami Fərəcovun, Qarabağ Regional Dövlət Yanğın Nəzarəti idarəsinin rəisi Elvin Hacıyevin və Qarabağ Regional Dövlət Yanğın Nəzarəti idarəsinin əməkdaşı Ruslan Zeynalovun iştirakı qonşu şəhər və rayonlardan olan qonaqlarda iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini,Sosial - İqtisadi inkişafın təhlili və Proqnozlaşdırılması şöbəsinin müdiri Hafiz Mehdiyev çıxış edərək yanğın təhlükəsizliyi qaydaları və bu təhlükəsizliyinin təmin olunmasına riayət olunması haqqında ətraflı danışdı. Bununla yanaşı, Hafiz Mehtiyev bildirdi ki, xüsusilə qış fəslində yanğın təhlükəsizliyinə biganə yanaşmaq ciddi fəsadlara, faciələrə yol açar, bu da ki, təbii ki, həm ətraf mühit üçün , həm də insan sağlığı üçün təhlükələr imkan yaradar.
Daha sonra Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və onun fəaliyyəti haqqında qısametrajlı filmə baxış keçirildi.
Filmdən sonra Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin təlimatçısı Nizami Fərəcov, Qarabağ Regional Dövlət Yanğın Nəzarəti idarəsinin rəisi Elvin Hacıyev və Qarabağ Regional Dövlət Yanğın Nəzarəti idarəsinin əməkdaşı Ruslan Zeynalov çıxış edərək ticarıt müəssisələrində yanğın təhlükəsizliyi qaydaları haqqında ,yanğın təhlükəsizliyinin təmin olunması və əhalinin təhlükəsizli üçün lazım olan zəruri tələblərin yerinə yetirilməsi mövzusunda çıxış etdilər.
Çıxışlardan sonra bu mövzuda hazırlanmış slayd qonaqlara nümayiş etdirildi.
Tədbirin yekununda seminar – müşavirə iştirakçılarına “Ticarət müəssisələrinin yanğın təhlükəsizliyi ” adlı yaddaş kitabçası paylandı.
Tədbirdə 150 nəfər iştirak etmişdir.