Ağcabədi rayonunda Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyinə həsr olunmuş ümumrayon tədbiri keçirildi
May ayı Azərbaycan xalqının XX əsr tarixində ən əlamətdar, ən fəxarətli, uğurlu hadisələrlə, gözəl bayramlarla zəngin bir aydır. Bu gözəl may günlərinin biri- respublikamızın hər yerində təntənəli şəkildə qeyd olunan, öyrənilən, yenidən yaşanan və ölməzlik qazanan 28 May Respublika Günü - Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu gündür. Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gündür. Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində bu işıqlı may günündə arzusuna qovuşdu. Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edildi. Xalqımız 1918-ci il mayın 28-də çar Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən azad oldu, Şərqin ilk demokratik respublikasının təməlini qoyuldu. Həmin gün Azərbaycan Milli Şurasının iclasında İstiqlal Bəyannaməsi qəbul edildi. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ, tarixi hadisə oldu.
Ağcabədi rayonunda Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyinə həsr olunmuş ümumrayon tədbiri keçirilib.Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədovun və rayonun idarə, müəssisə və təşkilatları,hüquq mühafizə orqanlarının rəhbərləri, kənd İcra nümayəndəlikləri, bələdiyyələr, ziyalılar, ağsaqqallar, gənclər, məktəblilər və rayon ictimayyəti iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Meydanında ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək, Onun əziz xatirəsini yad etdilər. Daha onra təbir Şəhidlər Xiyabanında yerləşən abidə kompleksinin önündə davam etdi. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Tədbirdə Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən həvəskar aktyorluq və bədii qiraət kursunun üzvləri Azadlıq nəğməsi adlı əbədi –bədii kompozisiya nümayiş etdirdilər. Daha sonra abidə kompleksi ziyarət olundu.