Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Ağcabədi rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilmişdir.

23 may 2019 | 11:00

May ayının 23-də YAP Ağcabədi rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilmişdir.

Konfrans iştirakçıları əvvəlcə Heydər Əliyev meydanına gələrək Ulu Öndər Heydər Əliyevin abidəsi önünə çiçək dəstələri düzərək, onun əziz xatirəsini ehtiramla yad etdilər.Yaqub Məmmədov adına Ağcabədi rayon mədəniyyət mərkəzində 304 nəfər nümayəndənin iştirak etdiyi konfransı YAP Ağcabədi rayon təşkilatı Gənclər Birliyinin sədri Elnur Quliyev açıq elan etdi.Azərbaycan Dövlət Himni səsləndirildi. Konfransın gündəliyi təsdiq edildi.YAP Ağcabədi rayon təşkilatı Gənclər Birliyinin sədri Elnur Quliyev məruzə edərək qeyd etdi ki, Yeni Azərbaycan Partiyası Gənclər Birliyi 1995-ci ildə təsis edilmişdir. Yarandığı vaxtdan etibarən təşkilat Azərbaycan gəncliyinin ən savadlı, intellektual, vətənpərvər nümayəndələrini ətrafına toplayaraq, ölkəmizin uğur qazanmasında pay sahibi olmağı bacarmışdır. Partiyamızın Gənclər Birliyi hər zaman, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və xalqımızın milli düşüncəsi, dünyagörüşü, adət-ənənələrini özündə əks etdirən azərbaycançılıq ideologiyasını, Cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasi xətti dəstəkləmişdir. Yeni Azərbaycan Partiyası Gənclər Birliyi, fəaliyyəti dövründə həm ölkədaxili, həmdə sərhədlərimizdən kənarda bir çox uğurlara imza atmış, bütövlükdə ölkə gəncliyinin mütərəqqi gələcəyinin formalaşmasına töhfə verməyə çalışmışdır.Məlumat üçün bildirmək istərdim ki, YAP Ağcabədi rayon təşkilatı Gənclər Birliyi 6430 nəfər gənc partiya üzvünü öz sıralarında birləşdirir. Bu isə YAP Ağcabədi rayon təşkilatının uçotunda olan 15351 nəfər partiya üzvünün 41,8 faizi deməkdir. 6430 nəfər gəncin 3638 nəfəri isə ( 56,6 %) gənc qadınlardır. Təşkilatımızın tərkibində olan gənclərin 1730 nəfəri ali, 2850 nəfəri orta ixtisas, 1850 nəfəri orta təhsillidir. Onların 1467 nəfəri təhsil, elm mədəniyyət sahəsində 288 nəfər, 256 nəfəri səhiyyə müəssisələrində, 103 nəfəri idarəetmə orqanlarında, 4316 nəfəri isə kənd təsərrüfatı, sənaye, tikinti, nəqliyyat, rabitə və digər xidmət sahələrində çalışırlar.Müasir Azərbaycan gəncləri o cümlədən Ağcabədi gəncləri də Respublikamızın ictimai-siyasi həyatında yaxından və fəal iştirak edirlər.Bildirmək istərdim ki, YAP Ağcabədi rayon təşkilatının Gənclər Birliyi 2019-cu ilin iş planına əsasən fəal gənclərlə birgə bir çox tədbirlərin o cümlədən “20 yanvar - Azərbaycan xalqının qəhrəmanlıq tarixi və xalqımızın qan yaddaşıdır.” Narkomanlığın yaranma səbəbləri və onlara qarşı mübarizənin gücləndirilməsi,“Xocalı soyqırımı əsrin faciəsidir”, “31 mart Azərbaycanlıların soyqırımı günüdür” başlığı altında dəyirmi masalar, 2016-cı ilin aprel döyüşlərində qəhrəmancasına həlak olmuş həmyerlimiz, Dilsuz Qarayevin anım tədbirlərini keçirmişdir.Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Breyn-Rinq üzrə rayon birinciliyinin, intellektual oyun rayon müsabiqəsinin, bilik yarışlarının, inşa yazı müsabiqəsinin, şahmat, futbol, mini futbol idman növləri üzrə rayon turnirlərinin keçirilməsini təşkil etmişdir. Ulu Öndərin anadan olmasının 96-cı ildönümü münasibətilə 1991-ci ildə qaldırılmış təşəbbüs çərçivəsində 94 ilk təşkilatının hər birinin Ulu Öndərin anadan olmasının il sayına müvafiq olaraq həmişəyaşıl ağac əkmək təşəbbüsünün davamı olaraq bu il 9024 ağac Ağcabədi şəhərinin park və meydanlarında, səki və magistral yolların kənarında əkilmişdir. Əvvəlki 5 ildə əkilən ağaclarla birlikdə cəmi əkilən ağacların sayı 52734 ədəd olmuşdur.Gənclərimiz ötən il aprel ayının 11-də keçrilən Prezident seçkilərində də xüsusi fəallıq nümayiş etdirdilər. Bütün seçki kompaniyasında gənclər daim öndə addımlamış, təbliğat-təşviqat kompaniyasında əsl gənclik qaynarlığı nümayiş etdirmişlər. Bu işlərin nəticəsində qarşıya qoyulmuş siyasi məqsədlərə nail olunmuş, YAP-ın namizədi, Partiyanın sədri cənab İlham Əliyev böyük üstünlüklə Prezident seçilmişdir.2019-cu ilin aprel ayının 11-də Baş Nazirin müavini, YAP sədrinin müavini, İcra katibi cənab Əli Əhmədovun iştirakı ilə Ağcabədidə keçirilən yığıncaqda, seçkilərdən keçən 1 il ərzində ölkəmizdə görülən işlər, Cari ilin əvvəllərindən başlayaraq cənab Prezidentin əhalinin aztəminatlı təbəqələrinin eləcə də, qaçqın və məcburi köçkün ailələrinin sosial rifahının yaxşılaşdırılmasıbarədə verdiyi sərəncamların mahiyyəti barədə ətraflı məlumat verilmişdir.Bu gün Ağcabədili gənclər sosial şəbəkələrdə də əsl vətəndaşlıq nümunəsi göstərirlər. Ölkənin imicinə xələl gətirən, destruktiv saxta məlumatlar, həqiqəti təhrif edən, xaricdən maliyyələşən antimilli ünsürlərə qarşı sosial şəbəkədə barışmaz mövqe nümayiş etdirir, onların bu çirkin hərəkətlərini ifşa edirlər.Biz gənclər dövlət müstəqilliyimizin qorunub saxlanması və daha da inkişaf etdirilməsi,işğal altında olan tarixi torpaqlarımızın azad edilməsini cənab İlham Əliyevin həyata keçiridiyi siyasi kursun uğurla davam etdirilməsində görürük. Biz gənclər ölkədə yaradılmış ictimai-siyasi sabitliyin, əmin-amanlğın bundan sonrada qorunub saxlanması, social-iqtisadi inkişaf proseslerinin daha da sürətləndirilməsi və diğər ümumimilli strateji məsələlərin həll edilməsi istiqamətində üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün öz potensialımızı əsirgəməyəciyk. Cənab İlham Əliyevin ərtafında sıx birləşməklə,doğma Azərbaycanımızın daha da çiçəklənməsi naminə bundan sonra da bütün imkan və bacarığını səfərbər edəcəyik.YAP Ağcabədi rayon təşkilatının Gənclər Birliyi həmişə rayon təşkilatının yaxın köməkçisi olmuşdur. YAP Ağcabədi rayon təşkilatının keçirdiyi bütün tədbirlərdə gənclər fəal iştirak edir, Ulu Öndərin siyasi irsinin təbliği, gənclərin hərbi- vətənpərvərlik ruhunda, milli-mənəvi dəyərlərə sədaqət ruhunda tərbiyə olunması, gənclərin zərərli vərdişlərdən çəkindirmək üçün təbliğat-təşviqat işləri, profilaktiki tədbirlər, aksiyalar, tədbirlər həyata keçirirlər.YAP Ağcabədi rayon təşkilatı Gənclər Birliyi rayonda keçirilən seçkilərdə, istər Prezident, istər Parlament, istərsə də Bələdiyyə seçkilərində YAP Ağcabədi rayon təşkilatının yaxın köməkçisi olmuşdur.Məruzə ətrafında YAP Gənclər Birliyinin sədr müavini Məhsəti Ağayeva, Ağcabədi Pedaqoji kollecin tələbəsi Yaşar Mehdiyev, YAP Ağcabədi rayon təşkilatının Qadınlar Şurasının sədri Radə Qafarova, Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının köməkçisi Ceyhun Mamedov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının tələbəsi Lalə Qasımova çıxış edərək hesabat dövründə Gənclər Birliyi tərəfindən həyata keçirilən işlər, görülən tədbirlər barədə konfrans iştirakçılarına məlumat verdilər.Konfransda YAP Ağcabədi rayon tşkilatının Gənclər Birliyinin hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab edilərək qərar layihəsi qəbul edildi.Konfransda təşkilatı məsələlərə baxıldı. 29 nəfərdən ibarət YAP Ağcabədi rayon təşkilatı Gənclər Birliyinin Şura üzvü, 13 nəfərdən ibarət idarə heyətinin üzvü seçildi.Konfransda açıq səsvermə yolu ilə Mamedov Ceyhun Xeyrəddin oğlu YAP Ağcabədi rayon təşkilatı Gənclər Birliyinin sədri, Hacıyev Nurəddin Əsəd oğlu və Bünyatov Cavid Rəhman oğlu Gənclər Birliyinin sədr müavinləri seçildilər.Konfransda həmçinin Respublika Gənclər Birliyinin V konfransına 3 nəfər - YAP Ağcabədi rayon Gənclər Birliyinin sədri Mamedov Ceyhun Xeyrəddin oğlu, Heydər Əliyev Mərkəzində bələdçi işləyən Əliyeva Rövşanə Əyyub qızı, Ağcabədi Pedaqoji kollecin tələbəsi Bağırov Zaur Yusif oğlu nümayəndə seçildilər.Konfransın işində Azərbaycan Respublikası Milli Məclisin deputatı Tahir Rzayev, YAP Siyasi Şurasının üzvü, Ağcabədirayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov gənclərin ölkənin ictimai-siyasi həyatında rolu, ölkədə həyata keçirilən gənclər siyasəti barədə, həmçinin gənclər qarşısında duran vəzifələr barədə çıxış edərək öz tövsiyyələrini verdilər.Konfransda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə müraciət qəbul edildi.

Müraciət gənclər tərəfindən sürəkli alqışlarla qarşılandı.

Keçidlər