Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi Bərdə Regional Bölməsi Ağcabədi rayonunda maarifləndirici təlim keçirmişdir.

23 may 2019 | 11:00

    Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi Bərdə Regional Bölməsi 21.05.2019-cu il tarixində Ağcabədi rayonu Bayraq Muzeyində “ Dövlət Qulluğu”na qəbul qaydaları ilə bağlı maarifləndirici təlim keçirmişdir.
   Təlimdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının sonuncu kurs tələbələri və Ağcabədi rayon Məşğulluq Mərkəzində işaxtaran kimi qeydiyyatda olan ali təhsilli şəxslər iştirak etmişdir.
   Təlimdə  RİHB aparatının  İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini -dini qurumlarla işin təşkilatçısı  Təyyar Hacıyev və Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi Bərdə Regional Bölməsinin müdiri Elton Süleymanov çıxış edərək, “ Dövlət Qulluğu”na qəbul qaydaları haqqında təlim iştitakçılarına ətraflı məlumat vermişlər. Təlimin yekununda   mövzu ilə bağlı  suallar cavablandırılmışdır.

Keçidlər