Ağcabədi rayonu Avşar kəndində H.Mamedov adına Avşar kənd həkim məntəqəsinin əsaslı təmirdən sonra açılışı ilə bağlı tədbir olmuşdur.
19 dekabr 2013-cü il tarixdə saat 15:00 –da Ağcabədi rayonu Avşar kəndində H.Mamedov adına Avşar kənd həkim məntəqəsinin əsaslı təmirdən sonra açılışı ilə bağlı tədbir olmuşdur.
Tədbiri Ağcabədi rayon Avşar kəndində H.Mamedov adına Avşar kənd həkim məntəqəsinin baş həkimi Ayşən Ələkbərova açaraq, ölkə Prezidenti cənab İlham Əliyevin dəstək və qayğısı nəticəsində, Regionların sosial-iqtisadi inkişafı Proqramına müvafiq olaraq, respublikamızda, o cümlədən Ağcabədi rayonunda da sosial-iqtisadi inkişaf siyasətinin uğurla həyata keçirildiyini, əhalinin vəziyyətinin yaxşılaşdığını və bu sahədə işlərin davam etdirildiyini bildirmişdir. Ölkəmizdə bütün sahələrində davam edən inkişaf səhiyyə sahəsində özünü göstərir. Bu gün əsaslı təmirdən sonra açılışını etdiyimiz bu həkim məntəqəsi müasir tələblərə cavab verən şəkildə təchiz olunması bu inkişafın əyani sübutudur. Dövlət rəhbərinin səhiyyə sistemində apardığı uğurlu islahatlar yeni xəstəxanaların tkilməsinə, regionlardan uzaq kəndlərdə səhiyyə ocaqlarının bərpa etdirilməsi sağlam cəmiyyətinin formalaşmasına, ölkə vətəndaşlarının daha yaxşı səhiyyə xidməti göstərilməsinə şərait yaradır.
Daha sonra baş həkim yaradılan bütün imkanlara və şəraitə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına və rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədova minnətdarlığını bildirmişdir.
Tədbirdə Avşar kənd həkim məntəqəsinin həkimi,kəndin ağsaqqalları çıxış edərək göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına və rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədova minnətdarlıqlarını bildirmişlər.
Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti Icra edən, RİHB-nın birinci müavini Rövşən Əhmədov çıxış edərək tədbir iştirakçılarını salamladı və bütün kənd camaatını əsaslı təmirdən sonra Avşar kənd həkim məntəqəsinin açılışı münasibəti ilə təbrik etdi, orada çalışan bütün insanlara gələcək işlərində uğurlar, nailiyyətlər arzuladı. Rövşən müəllim qeyd etdi ki,bu gün bütün dünyada olduğu kimi, ölkəmizdə səhiyyə sahəsinin güclənməsinə, müasir tələblərə cavab verməsi üçün bütün imkanlardan istifadə edir.Bəşəriyyətin minillər boyu keçdiyi inkişaf yolu sübut edir ki, hər bir tarixi mərhələdə cəmiyyətin tərəqqisi bilavasitə səhiyyənin inkişafından, insan sağlamlığının onun əhəmiyyətinin düzgün qiymətləndirilməsindən asılı olub.
Ağcabədi rayonunda müasir xəstəxana açılmış, eyni zamanda, dərman təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşmış, həkimlərimizin peşəkarlığı artmışdır. Elə bir bölgəmiz yoxdur ki, orada səhiyyə obyektləri tikilməsin və ya yenidən qurulmasın. Bu, inanılmaz göstəricidir. tibb sahəsinə, bütövlükdə ölkə əhalisinin sağlamlığına dövlətimizin başçısının göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Bu gün yaradılan bütün imkanlar üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına və rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədova minnətdarlığımızı bildiririk.
Tədbirinin yekunda rayon Avşar kənd həkim məntəqəsinə əsaslı təmirdən sonra baxış keçirilmişdir.
Tədbirdə 300 nəfər iştirak etmişdir.