Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə konfrans keçirilmişdir

07 may 2019 | 11:00

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Dillər Universitetinin, Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda  II Beynəlxalq Elmi Konfrans çərçivəsində 07 may 2019-cu il tarixdə Ağcabədi rayonunda yerləşən 556 ailəlik məcburi  köçkün  qəsəbəsində yerləşən Xocavənd  rayon Xocavənd kənd 1 saylı köçkün tam orta məktəbdə konfrans keçirilmişdir.
  Konfransı YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov  açaraq, qonaqları salamlamış,  konfransın Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı il ildönümü münasibətilə keçirilən Beynəlxalq  Elmi Konfransın davamı olaraq bölgələrdə davam etdiyini bildirmiş, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın Dövlətçiliyi və xalqımız qarşısındakı misilsiz  xidmətləri barədə məlumat vermişdir.
  Konfransda Azərbaycan Dillər Universitetinin dosenti Ceyhun Alıyev “Multikulturalizm və dini  identiklik” mövzusunda, Azərbaycan Dillər Universitetinin müəllimi, İqtisadiyyat üzrə fəlsəfə doktoru Şəfəq Abdullayeva “Heydər Əliyev-Azərbaycançılıq ideologiyası və  multikulturalizm” mövzusunda, Azərbaycan Dillər Universitetinin müəllimi, İqtisadiyyat üzrə fəlsəfə doktoru Sevda  Məhərrəmova “Multikulturalizm Azərbaycanda Beynəlxalq münasibətlərin elementi kimi” mövzusunda, Xocavənd rayon  Xocavənd kənd 1 saylı köçkün məktəbinin müəllimi Gülbuta Tahirova “Heydər Əliyevin gənc nəslə tövsiyələri ” mövzusunda,  həmin məktəbin müəllimi Mehriban Behbudlu “Heydər Əliyev və Azərbaycan məktəbi” mövzusunda çıxış etmişlər.Ağcabədi rayon Ağsaqqallar Şurasının sədri, YAP Ağcabədi rayon təşkilatının şura üzvü Əlizadə Nəcəfov çıxış edərək, azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunmasında Ulu Öndər Heydər Əliyevin müstəsna  xidmətlərindən, onun rəhbərliyi altında ölkəmizdə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasi istiqamət yeni mərhələdə onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini, multikulturalizm və tolerantlığın ölkəmizdə dövlət siyasəti, xalqımızın həyat tərzi kimi formalaşdığını bildirmişdir.
  Tədbirin sonunda  Xocavənd  rayon  Xocavənd kənd 1 saylı köçkün tam orta məktəbin  V sinif şagirdi Sərmayə Mehralıyeva şeir söyləmiş,  məktəbin direktoru Sürəyya Məmmədova  tədbirdə iştirak etdiklərinə görə qonaqlara öz təşəkkürünü bildirmiş, ucqarda yerləşən  bir köçkün məktəbində Beynəlxalq konfransın təşkili üçün öz minnətdarlığını ifadə etmişdir.

Keçidlər