Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda Breyn rinq üzrə intellektual oyun müsabiqəsi keçirilmişdir

07 may 2019 | 11:00

  06.05.2019-cu il tarixdə Ağcabədi rayon Ü.Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyasının rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-ci ildönümü münasibətilə Breyin rinq intellektual oyun müsabiqəsi keçirilmişdir.            Komandalar arasında keçirilən Breyn rinq üzrə intellektual oyun müsabiqəsində Mirzə Fətəli Axundov adına şəhər 3 saylı məktəb-liseyin komandası I yerə, Camal İbrahimov adına şəhər 8 saylı tam orta məktəbin komandası II yerə, şəhər 9 saylı tam orta məktəbin komandası III yerə layiq görülmüşdür.
    Breyn rinq üzrə intellektual oyunda qalib gələn komandalar diplom və hədiyyələrlə mükafatlandırılmışdır.

Keçidlər