Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda “Narkomaniyaya və Zorakılığa Qarşı Mübarizə üzrə Gənclərin Regional Forumu” keçirilmişdir.

03 may 2019 | 11:00

      2-3 may 2019-cu il tarixlərində Ağcabədi rayonunda Ağcabədi rayon İcra Hakimiyyəti, YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının,Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ Regional Ofisinin təşəbbüsü və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycan nümayəndəliyinin, Ağcabədi rayon Polis şöbəsinin, Rayon Təhsil şöbəsinin birgə əməkdaşlığı ilə 2 günlük “Narkomaniyaya və Zorakılığa  Qarşı Mübarizə üzrə Gənclərin Regional Forumu” keçirilmişdir.
      Forumun məqsədi region gənclərinin sağlamlıq məsələlərinə diqqəti artırmaq, sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirmə işləri aparmaq, bu sahədə yeni təşəbbüslərin formalaşmasına dəstək vermək, o cümlədən gənclər arasında narkomaniyaya və zorakılığa qarşı mübarizə üzrə birgə əməkdaşlıq imkanları yaratmaqdır.
      May ayının 2-də  Ağcabədi rayon “Qarabağ” Muğam Mərkəzində keçirilən birinci tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının 1 müavini, YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsul əməkdaşı Tural Hüseynzadə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının əməkdaşı Rakif Allahverdiyev, BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycan nümayəndəliyinin əməkdaşı Elmir Valehli, Ağcabədi rayon Polis Şöbəsi, Ağcabədi rayon Təhsil şöbəsi əməkdaşları iştirak etmiş, gənclərə fikirlərini bölüşmüşlər.   
     May ayının 3-də YAP Ağcabədi rayon təşkilatının inzibati binasında  Forumun davamı olaraq yeniyetmə və gənclər üçün “ Narkotiklər haqqında həqiqəti öyrənək”, “Azərbaycanda Uşaq Müdafiə sistemi”, “Uşaq hüquqları”, Zorakılığa məruz qalmış uşaqların ailələri ilə aparılan sosial-psixoloji profilaktika” “İntihar hallarının səbəbləri və profilaktikası” mövzusunda təlim-seminar  keçirilmişdir.
      Seminarda  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı  Tural Hüseynzadə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının əməkdaşı Rakif Allahverdiyev, Azərbaycan Dövlət Pedaqoji Unuversitetinin Ağcabədi filialının müəllimləri Tahir Kərimli və Aygün Əlizadə çıxış etmiş və gəncləri maraqlandıran suallara  cavab vermişlər. 
      Tədbirdə  film- slayd nümayiş etdirilmiş və iştirakçılara maarifləndirici bukletlər paylanmışdır.

Keçidlər