Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda Millət Vəkilinin gənclərlə görüşü keçirilib.

01 may 2019 | 11:00

01 may 2019-cu il tarixdə Ağcabədi Pedaqoji Kollecində Millət Vəkili Tahir Rzayevlə görüş keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə kolleçin foyesində Ulu Öndər Heydər Əliyevin büstünün önünə tər çiçəklər düzərək onun əziz xatirəsini ehtiramla yad etdilər. Sonra tədbir kollecin iclas zalında davam etdirildi.

Tədbiri giriş sözü ilə Ağcabədi Pedaqoji kollecin direktoru Mirələm İbrahimli açaraq əvvəlcə tədbirdə iştirak edən qonaqları- Milli Məclisin deputatı Tahir Rzayevi, Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının müavini Naibə Mustafayevanı, Azərbaycan QMƏVŞAİB-in Ağcabədi rayon təşkilatının sədri, II qrup Qarabağ müharibəsi əlili İsmayıl Məhərrəmovu, YAP Ağcabədi rayon təşkilatının baş məsləhətçisi,I qrup Qarabağ müharibəsi əlili Ramil Nağıyevi və Deputat köməkçisi Eldar Məmmədovu təqdim edərək, onları salamladı.

Sonra söz Millət vəkili Tahir Rzayevə verildi. Tahir Rzayev tələbələri salamlayaraq öz çıxışında 90-cı illərdə ölkədə olan vəziyyət - xaos və anarxiya, o zamanki rəhbərliyin səriştəsizliyi, ölkənin uçuruma, vətəndaş müharibəsinin həddinə çatdırılması və Dağlıq Qarabağ münaqişəsinin yaranması barədə gənclərə geniş məlumat verdi.

Millət vəkili Tahir Rzayev 15 iyun 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ilə Respublikamızda stabilliyin yaranması və bu uzaqgörən, düşünülmüş siyasi kursun möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi barədə geniş danışdı. Natiq öz çıxışında ölkə Prezidentinin əhalinin aztəminatlı təbəqəsinin sosial rifahının yaxşılaşmasına yönəlmiş sərəncamları barədə danışaraq bu sərəncamların əhali tərəfindən çox böyük rəğbətlə qarşılandığını qeyd etdi.

Natiq çıxışında həmçinin bəzi antimilli qüvvələrin son vaxtlar sosial şəbəkələr vasitəsilə xalqa müəyyən yalançı vədlər verən, onları çaşdırmağa və ölkədə yenidən xaos yaratmağa cəhd göstərdiklərini nəzərə çatdıraraq gənclərə hər zaman ayıq-sayıq olmalarını tövsiyyə etdi.

Sonda Millət vəkili Tahir Rzayev tələbələr tərəfindən ona ünvanlanan sualları cavablandırdı.

Tədbirdə Ağcabədi RİHB-nın müavini Naibə Mustafayevaya çıxış edərək gəncləri salamladı, onlara milli-mənəvi dəyərlərimiz və tarixi keçmişimizi dərindən öyrənmələri və vətənpərvər olmaları barədə öz arzularını bildirdi. Azərbaycan QMƏVŞAİB-in Ağcabədi rayon şöbəsinin sədri, II qrup Qarabağ müharibəsi əlili İsmayıl Məhərrəmov çıxış edərək müharibə şəraitində yaşadığımız bir vaxtda hər bir azərbaycan gəncinin hər zaman mübariz olmağının çox vacib olduğunu gənclərin nəzərinə çatdırdı. O çıxışının sonunda fiziki cəhətdən əlil olmağına baxmayaraq hər an Ali Baş Komandanın bir çağırışı ilə silaha sarılaraq erməni işğalında olan torpaqlarımızı azad etməyə hazır olduğunu bildirdi.

Keçidlər