Ağcabədi rayonunda akademik Zərifə Əliyevanın 96 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
26 aprel 2019-cu il tarixdə saat 15:00 –da Ağcabədi rayon Mərkəzi xəstəxanasında Azərbaycan Respublikasının əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Zərifə Əliyevanın 95 illik yubileyi münasibəti ilə tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Rayon Mərkəzi xəstəxanasının baş həkimi Fövzi Tahirov akademik Zərifə Əliyevanın zəngin həyat və fəaliyyəti haqqında çıxış edərək ətraflı məlumat vermişdir. Daha sonra xəstəxananın həkimi Aysel Əmirova məruzə ilə çıxış edərək qeyd etmişdir ki, Zərifə xanım Əliyevanın elmi əsərləri, tədqiqatları yenə də aktualdır və onun XX əsrin ortalarında ölkədə yayılan traxoma xəstəliyinin qarşısının alınmasında göstərdiyi əvəzsiz xidmətlər tibb elminin inkişafında mühüm rol oynamışdır.
Azərbaycan Respublikasının əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Zərifə Əliyevanın tələbələri olmuş digər çıxış edən həkimlər görkəmli akademik, gözəl ana, qayğıkeş , böyük insan olan Zərifə xanım Əliyeva ilə bağlı xoş xatirələrini tədbir iştirakçıları ilə bölüşmüşdülər.
Yekunda çıxış edən RİHB-nın müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva mənalı ömür yolu, peşə fəaliyyəti və elmi yaradıcılığı insanlıq üçün mənəviyyat, kamillik, müdriklik örnəyi olan,tanrının bəxş etdiyi ömür payını ləyaqətlə yaşayan, həyatının mənasını nəcib, xeyirxah əməllərdə taparaq bütövlükdə xalqının tərəqqisinə, maariflənməsinə əvəzsiz töhfələr vermiş zəngin mənəviyyat sahibi olan və gördükləri işlərlə təkcə yaxın çevrəsinin - dostlarının, yaxınlarının deyil, el-obasının sevimlisinə çevrilərək bütövlükdə cəmiyyətin tükənməz rəğbətini qazanmış Zərifə xanım Əliyevanın qədirbilən xalqımızın qəlbində əbədi yaşayacağını, daim dərin ehtiramla, rəğbətlə anılacağını diqqətə çatdırıb.