Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Açıq qapı” günü elan edilib.
18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Açıq qapı” günü elan edilib. Mərkəzə ekskursiyalar təşkil olunub.
Daha sonra məktəblilərlə keçirilən görüşdə bildirilib ki, bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.
Məktəblilərlə diskussiya şəklində keçirilən görüşdə müharibələr nəticəsində istər dünyada,istər ölkəmizdə tarixi abidələrin məhv edilməsi,bunun bəşər tarixinə,mədəniyyətə nə qədər böyük zərbə vurduğu haqqında söhbət aparılıb. Dahi lider Heydər Əliyevin bu haqda söylədiyi fikirlər səsləndirilib :” “Biz tarixi keçmişimizə nəzər salarkən, ulu babalarımızın yaratdığı və indiyə qədər yaşayan abidələrlə, qalalarla, şəhərlərlə, heykəllərlə, yollarla – yaradılan hər bir şeylə fəxr edir və bunları yaradanları daim xatırlayır, onlara öz minnətdarlığımızı bildiririk”.