Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonu Xocavənd kəndində Azərbaycanın Milli Qəhrəmanı Sadıq Hüseynovun büstünün açılışı olmuşdur.

13 aprel 2019 | 11:00

13 aprel 2019-cu il tarixdə Milli Qəhrəmanın adını daşıyan Ağcabədi rayonu Sadıq Hüseynov adına Xocavənd kənd 1 saylı tam orta məktəbində Ağcabədi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı şəhid Sadıq Hüseynovun büstünün açılışı olmuşdur.

Sadıq Hüseynov adına Xocavənd kənd 1 saylı tam orta məktəbinin qarşısında keçirilən mərasimdə Ağcabədi rayon İcra Hakimiyyətinin nümayəndələri  ,hüquq mühafizə orqanlarının rəhbərləri,şəhidin ailə üzvləri, döyüş yoldaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdirlər. Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini, YAP Ağcabədi rayon Təşkilatının sədri Rövşən Əhmədov çıxış edərək Milli Qəhrəman Sadıq Hüseynovun mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan bəhs etmiş və bildirmişdir ki, Hüseynov Sadıq Dayandur oğlu 29 iyul 1969-cu ildə Ağcabədi rayonunun Xocavənd kəndində doğulmuşdur. 1968-1978-ci illərdə burada orta məktəbdə oxumuş,1980-cı ildə ordu sıralarına çağırılmışdır. 1989-cu ildə DİN-nin sərəncamı ilə Şuşa şəhərində sahə müvəkkili olaraq işə başlamışdır.Ermənilərin azğınlaşmış silahlı dəstələri Azərbaycan torpaqlarını işğal etdikləri vaxtlarda digər polis əməkdaşları kimi o da, döyüşlərə girmiş və 29 mart 1992-ci il o döyüşlərdən birində ağır yaralanmasına baxmayaraq silahını yerə qoymamışdır. 13 aprel 1992-ci il erməni faşistlərinin silahlı dəstələri Şuşanı ağır raket atəşinə tutmuşdular. Hüseynov Sadıq döyüş yoldaşlarını xilas edərkən qəhrəmancasına həlak olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Hüseynov Sadıq Dayandur oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Təhsil aldığı Xocavənd kənd tam orta məktəbi onun adını daşıyır.Daha sonra Naibə Mustafayeva Qarabağ müharibəsi veteranlarına və şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıb, gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsində tədbirin əhəmiyyətini yüksək qiymətləndirmışdır. Bildirmişdir ki, ağcabədili gənclər Qarabağ müharibəsi zamanı Vətənin müdafiəsində fədakarlıq göstərmişlər. Cəbhə bölgəsində yerləşən Ağcabədi rayonunun sakinləri bu gün də Milli Orduya həm maddi, həm də mənəvi dəstək verir, bu işdə nümunəvi olurlar.

Daha sonra çıxış edənlər ölkəmizin ərazi bütövlüyü uğrunda mərdlik və şücaət göstərmiş, "Azərbaycanın Milli Qəhrəmanı" kimi şərəfli ada layiq görülmüş Sadıq Hüseynovun həyatının gənclərimizə örnək olması üçün Azərbaycanın Milli Qəhrəmanlarının həyatı, döyüş yolu daima öyrənilməsini və təbliğ olunmasını vurğulamışdırlar. Tədbirin yekununda vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiyalarda Azərbaycan Ordusunun mübarizliyi, mərd oğulların Vətənin azadlığını və ərazi bütövlüyünü canlarından üstün tutması, ordu ilə xalqın birliyi tərənnüm edilmişdir

Keçidlər