Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə çiyid səpininə start verilib

11 aprel 2019 | 11:00

Ötən il məhsul tədarükünə və hər hektarın məhsuldarlığına görə respublikanın pambıqçılıq rayonları arasında ön sıralarda dayanan Ağcabədi pambıqçıları cari ilin çiyid səpininə başlayıblar.

Bu il rayonda 10 min 432,8 hektarda çiyid səpilməsi nəzərdə tutulub. Səpin aparılacaq təsərrüfatlarda sahələr vaxtında şumlanıb, arata qoyulub, malalanaraq hazır vəziyyətə gətirilib.

İlk olaraq səpinə Ağcabədi şəhəri, Yeni Qaradolaq, Mehrablı, Yuxarı Qiyaməddinli, Hüsülü kəndlərinin ərazilərində başlanılıb. Rayonda fəaliyyət göstərən “MKT İstehsalat Kommersiya” MMC, “Azərpambıq” MMC və “P-Aqro” MMC ilə bağlanan müqavilələrə əsasən, pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin edilirlər. Ağcabədi pambıqçıları ilk gündə 250 hektarda səpin aparıblar. Səpin işlərinin 15-20 gün müddətinə başa çatdırılacağı planlaşdırılır.

Qeyd edək ki, 2018-ci ildə Ağcabədi rayonunda 10 min hektarda pambıq əkilib, 23 min 304,91 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 23,3 sentner olub. 2017-ci illə müqayisədə pambıq əkini sahələri 4,7 faiz, pambıq istehsalı isə 13,6 faiz artıb.

Keçidlər