Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi şəhər 1 saylı tam orta məktəbdə “ Nəsimi Gecəsi " keçirildi

10 aprel 2019 | 11:00

2019-cu ildə Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Azərbaycanın ədəbi-mədəni fikir tarixinin bu əlamətdar hadisəsini dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli 689 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılmışdır.

Eyni zamanda Cənab prezident İlham Əliyev Nəsimi irsinin müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığını, milli mədəni-mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyətini nəzərə alaraq və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq 2019-cu ili Azərbaycan Respublikasında “Nəsimi ili” elan etmişdir.

Bununla əlaqədar olaraq Ağcabədi şəhər 1 saylı tam orta məktəbdə “ Nəsimi Gecəsi keçirildi. Tədbiri məktəbin direktoru Səadtə Kazimova açaraq bildirdi ki, İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan ,əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm edən bir şair olmuşdur. Nəsimi yaradıcılığı əsirlər keçsədə bu gündə öyrənilməkdədir.

Çixişdan sonra tədbir iştirakçiları Nəsimini həyat və yaradıcılığından bəhs edən video çarxa baxdılar.

Daha sonra yuxari sinif şagirdləri Nəsimi filmindən Şirvanşah İbrahimlə Nəsiminin söhbətini əks etdirən səhnəcik göstərdilər. Səhnəcik şagirdlərin və müəllimlərin marağina səbəb oldu.

Səhnəcikdən sonra məktəbin muxtəlif sinif şagirdləri şairin qəzllərini , şerlərini söylədilər. Tədbir davam edərkən məktəbin şagirdi Məmmədova Xumar İmadəddin Nəsimini portretini çəkdi.

Keçidlər