12 dekabr – Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə Ağcabədi Pedoqoji Kollecində tədbir keçirilmişdir.
11 dekabr 2013- cü il tarixdə saat 11:00 - da Ağcabədi Pedoqoji Kollecinin iclas zalında YAP İcra Hakimiyyəti ərazi ilk partiya təşkilatının,YAP Ağcabədi rayon təşkilatı Gənclər Birliyinin, rayon Gənclər və İdman idarəsinin və Ağcabədi Pedoqoji Kollecinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə tədbir tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Pedoqoji Kollecinin direktoru Sahib Hüseynov açdı. Kollecin müəllimi Şahin Rəhimov məruzə ilə çıxış edərək bildirdi ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış Qarabağ müharibəsi, digər tərəfdən dövlət rəhbərliyində olan səbatsız, səriştəsiz adamların yeritdikləri səhv siyasət və daxildə gedən siyasi çəkişmələr, separatçılıq hərəkatı müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini reallaşdığı bir dövrdə köməyinə çatdı,xalqının imdadına yetişdi.
Müstəqillik yolunda uğurla irəliləyən Azərbaycanın bugünkü qələbələrinin siyasi və iqtisadi əsaslarını yaratmış Ulu Öndər Heydər Əliyevin həyat yolu, dövlətçilik fəaliyyəti xalqa fədakarcasına xidmət nümunəsi olmuş və daim nümunə olaraq qalacaqdır.
Rayon Gənclər və İdman idarəsinin rəis müavini, YAP İcra Hakimiyyəti ərazi ilk partiya təşkilatının sədri Eldəniz Qəmbərov, YAP Ağcabədi rayon təşkilatı Gənclər Birliyinin sədr əvəzi Nicat Axundov, kollecin müəllimi İman Orucov, kollecin tələbələri Zeynalova Gülər, Sadıqoa Aydan, Abışova Akifə, Səmədova çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunmasında, möhkəmlənməsində istər hakimiyyətinin birinci dövründə , istərsə də, ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra gördüyü işlərdən və misilsiz xidmətlərindən söhbət açdılar.