Ağcabədi məktəbliləri Qəbələ, Şəki və Zaqatala rayonlarından xoş təəsüratla geri döndülər
Cənab Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Ağcabədi rayonunu təmsil edən məktəblilər Qəbələ, Şəki və Zaqatala rayonlarının görməli yerləri ilə tanış olmuşlar. Ağcabədi rayonunu təmsil edən məktəblilərindən ibarət qrup martın 23-də Azərbaycanın gözəl bölgəsi olan Qəbələ rayonunda olublar. Rayon icra hakimiyyətinin, mədəniyyət və turizm, təhsil şöbələrinin nümayəndələri tərəfindən şagirdlərə Qəbələ rayonu haqqında ətraflı məlumat verilib. Bildirilib ki, regionların inkişafına dair dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər Qəbələnin də simasını tamamilə dəyişib. Rayonda tikinti-quruculuq, abadlıq işləri intensiv həyata keçirilir, təhsil, səhiyyə, mədəniyyət sahələrində nəzərəçarpacaq irəliləyiş əldə olunub. Bu irəliləyişi təmin edən əsas amil Prezident İlham Əliyevin Qəbələyə, onun tərəqqisinə, insanlarının rifahına qayğısıdır. Daha sonra məktəblilər 3 gün müddətində Şəki və Zaqatala rayonunun görməli yerlərini gəziblər.Mart ayının 26-da tur aksiya başa çatmış məktəblilərimiz xoş təəsüratlarla Ağcabədi rayonuna geri dönmüşlər.