Şriftin ölçüsü :

Saytın rəngi :

12 dekabr – Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə Ağcabədi rayonunda tədbir keçirilmişdir.

12 dekabr 2013 | 11:00

10 dekabr 2013- cü il tarixdə saat 15:00 - da Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatında  Ümummilli Lider Heydər Əliyevin "Anım günü" nə həsr olunmuş tədbir keçirilmişdir.
     Tədbirdə Ağcabədi rayon İcra Hakimyyətinin Başçısı cənab Şahin Məmmədov, rayon ziyalıları, rayonun aparıcı müəssisələrinin rəhbərliyi, ağsaqqallar, gənclər   iştirak etmişdir.
    İlk öncə tədbir iştirakçıları Heydər Əliyev meydanında Ulu Öndər Heydər Əliyevin əzəmətli heykəli önünə təzə - tər qərənfillər  düzərək , abidəsi önündə   ehtiramla baş əyərək,Onun  əziz xatirəsini hörmətlə yad etmişlər.
     Daha sonra rayon Heydər Əliyev Mərkəzini ziyarətdən sonra tədbir Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının inzibati binasında davam etdirilmişdir. Tədbiri giriş sözü açan Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini, Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov məruzə ilə çıxış edərək bildirdi ki,  Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində yorulmadan fəaliyyət göstərən , müasir Azərbaycan intibahının başlanğıcını qoyan dahi şəxsiyyət kimi adını Azərbaycan xalqının qəlbinə və  tarixinin çoxcildli salnamələrinin ən şərəfli səhifəsinə əməlləri ilə  yazdıran böyük lider oldu. Ümummilli lider Heydər Əliyev öz xalqının firavan sabahının qurulmasında, milli – mənəvi dəyərlərinin qorunmasında bütün həyatını bu amal uğrunda mübarizəyə həsr edən  əsl vətənpərvər, el atası kimi öz xalqının qəlbində qazandığı ülvi məhəbbəti ilə möhür vurdu. Azərbaycan dövlətinin hər bir  zəfərində  Heydər Əliyevin xidmətləri danılmazdır. 2003 - cü ilin 12 dekabr tarixi Azərbaycan xalqının  hüznlü günlərindən biri  olmuşdur. Çünki Azərbaycan dövlətini çətinliklərdən xilas edən, azərbaycançılıq məfkurəsini yaradan, çiçəklənən və inkişaf edən gələcəyimizin təminatçısı olan  Ulu Öndər Heydər Əliyevi son mənzilə yola salmaq, öz oğlunu sevən bir xalq üçün asan deyildi.
    Ulu Öndər Heydər Əliyevə qarşı olan xalq sevgisi zaman ötdükcə daha çox xalqın qəlbində  böyüyür.və güclənir , xalq öz oğluna sonsuz sevgisini Onun siyasi varisi cənab Prezidentimiz İlham Əliyevə etimad göstərərək bildirmişdi və yanılmadıqlarını görmüşdülər. Nə qədər ki, bu xalq var Heydər Əliyev böyüklüyü yaşayacaq, nəsildən – nəsilə ötürülərək onun Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi üçün gördüyü işlər örnək göstəriləcəkdir.
    Məruzə ətrafında Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Naibə Mustafayeva, Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatı Gənclər Birliyinin  sədr əvəzi Nicat Axundov, Hacıbədəlli kənd tam orta məktəbin direktoru Feyzulla Feyzullayev və Heydər Əliyev Mərkəzinin əməkdaşı Jalə Məlikova çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunmasında, möhkəmlənməsində istər hakimiyyətinin birinci  dövründə , istərsə də, ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra gördüyü işlərdən və misilsiz xidmətlərindən söhbət açdılar.   
    Yekunda Ağcabədi rayon İcra Hakimyyətinin Başçısı, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü cənab Şahin Məmmədov çıxış edərək bildirdi ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının tarixində,Azərbaycan  xalqının qəlbində özünəməxsus yeri var. Azərbaycan dövlətçiliyinin başının üstünü qara buludlar alanda Ümummilli Lider Heydər Əliyev öz vətənin də, xalqının da dadına yetişdi və Azərbaycan dövlətini zirvələrdə heç zaman sönməyən parlaq günəşə çevirdi.
    Bütün həyatını Azərbaycan xalqının xoşbəxt gələcəyinə həsr etmiş Heydər Əliyev şəxsi keyfiyyətləri ilə də yaddaşlarda silinməz iz qoymuşdur. Heydər Əliyev fenomenal yaddaşı, yüksək təşkilatçılıq bacarığı, tükənməz enerjisi və zəhmətsevərliyi, cəsarəti, qətiyyəti və polad iradəsi, eyni zamanda insanpərvərliyi və qayğıkeşliyi ilə müasiri olduğu insanların dərin rəğbətini və sevgisini qazanmışdır. Ümummilli Liderin bu xüsusiyyətləri 40 ildən çox bir dövrü əhatə edən konkret faktlarla və böyük səmimiyyətlə əks olunmuşdur. Eyni zamanda, Heydər Əliyevin insanlara istedadına, bacarığına görə qayğı göstərməsi, elm və sənət xadimlərindən tutmuş sadə zəhmət adamlarına qədər hamının əməyini layiqincə qiymətləndirməsi kimi yüksək keyfiyyətləri olan dahi şəxsiyyət idi. Ulu öndərimiz öz həyatı boyu gərgin çalışaraq mükəmməl siyasi və ictimai təcrübə qazanmışdır. Həmin təcrübə bugünkü Azərbaycan Respublikasının  istər yaranmasında, istərsədə onun dövlətçiliyinin möhkəmləndirilməsində, iqtisadiyyatın inkişafında və s. özünü  göstərmişdir. Məhz bu gün Azərbaycanın iqtisadi inkişafı Heydər Əliyevin düzgün olaraq həyata  keçirdiyi siyasətin bəhrəsidir.
    Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Müasir Azərbaycan dövləti var olduqca Heydər Əliyev sevgisi Azərbaycan xalqının qəlbində  sönməyəcəkdir.
     Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş “ Şəxsiyyət “sənədli filminə baxıldı.

Keçidlər