Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Qulluqçuları Günü

24 iyun 2012 | 10:00

23 iyun 2012-ci il tarixdə saat 10:00 - da Ağcabədi rayonu İcra Hakimiyyətinin qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin möhtəşəm heykəlinin önündə 23 iyun – Dövlət Qulluqçuları günü münasibəti ilə tədbir keçirilmişdir.
Tədbirdə 287 nəfər dövlət qulluqçusu iştirak etmişdir.
Ilk öncə dövlət qulluqçuları Rayon İcra Hakimiyyətinin qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin möhtəşəm heykəlinin önünə tər çiçəklər düzərək, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmişlər. Daha sonra tədbiri Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov açaraq tədbir iştirakçılarını bayram günü münasibəti ilə təbrik etmişdir. Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov bildirmişdir ki, müstəqillik yolunda uğurla irəliləyən Azərbaycanın bugünkü qələbələrinin siyasi və iqtisadi əsaslarını yaratmış Ulu Öndər Heydər Əliyevin həyat yolu, dövlətçilik fəaliyyəti xalqa fədakarcasına xidmət nümunəsi olmuş və daim nümunə olaraq qalacaqdır. Heydər Əliyevin bütün insani keyfiyyətləri etalon sayıldığı kimi, idarəçilik sahəsində fəaliyyəti də dövlət qulluqçusunu səciyyələndirən ən yüksək meyardır. Bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, dövlətimizin başçısının müvafiq Sərəncamı ilə 2006-cı ildən etibarən hər il iyunun 23-nün respublikamızda dövlət qulluqçularının peşə bayramı günü kimi qeyd olunduğu diqqətə çatdırılmışdır.Rayon rəhbəri qeyd etmişdir ki, dövlət qulluğunda çalışan hər bir insan ilk cəmiyyətdə gedən proseslərə biganə qalmamalı, hər zaman dövlətinə, xalqına, millətinə öz əməlləri , gördüyü işlər ilə layiq olduğunu sübüt etməlidir.
Yekunda Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov bir daha bu bayram günü münasibəti ilə bütün dövlət qulluqçularını təbrik etmiş, Azərbaycan dövlətinin möhkəmlənməsi və siyasi –sabitliyinin qorunması uğrunda aparılan mübarizədə cənab Prezident İlham Əliyev cənablarına hər zaman dəstək olmağı və gələcəyə uğurla addımlayan Azərbaycana və dövlətçiliyinə şərəflə xidmət etməyi arzulamışdır.
Tədbirin sonunda dövlət qulluğunda səmərəli fəaliyyətinə görə bir qrup dövlət qulluqçusuna Rayon İcra Hakimiyyəti Başçısının fəxri fərmanı verilmişdi.
 

Keçidlər