Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda yeni nasos stansiyanın və körpünün açılışı ilə bağlı tədbir olmuşdur.

05 dekabr 2013 | 11:00

   04 dekabr  2013- cü il tarixdə saat 14:30 –da Ağcabədi rayonu Salmanbəyli kəndində pay torpaqlarının suvarılması üçün yeni nasos stansiyanın və Bəhrəmtəpə - Mingəçevir avtomobil yolunun Salmanbəyli kəndi ərazisinə keçən hissəsində Yuxarı Qarabağ kanalı üzərində  tikilmiş yeni körpünün açılışı ilə bağlı tədbir  olmuşdur.
    Tədbirdə Azərbaycan Meliorasiya və Su Təsərüfatı ASC –nin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyətinin direktoru Ramiz Vəkilov  və həmin idarənin baş mühəndisi Xosrov İmaməliyev iştirak etmişdir.
     Giriş sözü ilə tədbiri Ağcabədi rayon Suvarma Sistemləri İdarəsinin rəisi Əli Əliyev  açmışdır.      Daha sonra  Rayon İcra Hakimiyyəti Başçısının müavini, Aqrar məsələlər şöbəsinin müdiri Leyla Əsgərova, Azərbaycan Meliorasiya və Su Təsərüfatı ASC –nin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyətinin direktoru Ramiz Vəkilov çıxış edərək ilk öncə tədbir iştirakçılarını  salamlamışlar və bildirmişlər  ki, Ağcabədi rayonu Salmanbəyli kəndində pay torpaqlarının suvarılması üçün yeni nasos stansiyanın və Bəhrəmtəpə - Mingəçevir avtomobil yolunun Salmanbəyli kəndi ərazisinə keçən hissəsində Yuxarı Qarabağ kanalı üzərində  tikilmiş yeni körpünün açılışının olması mühüm əhəmiyyət kəsb edir. Bu gün ki, açılışlarını etdiyimiz obyektlərin  kənd camaatının istifadəsinə verilməsində əməyi olan hər kəsə başda Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev cənabları olmaqla minnətdarlığımızı bildiririk .Ölkə rəhbərinin bu addımı xalqına verdiyi yüksək qiymətin bariz nümunəsidir. Bu gün rayonumuzda gedən sosial –iqtisadi inkişafdan, abadlıq – quruculuq işlərində,kənd təsərrüfatında suvarmanı səmərəli  və vaxtında  həyata keçirilməsində suyun rolu  danılmazdır. Yeni su quyularının qazılması, rayonun olmayan kəndlərinə yeni artezian quyularının istifadəyə verilməsi, yeni nasos stansiyaların vurulması suya  olan tələbatının, əhalinin gediş –gəliş problemlərinin  aradan qaldırılması daha yaxşı iş əldə etməyə kömək edir.
    Natiqlər  yekunda belə bir  bayram günündə  Salmanbəyli camaatını təbrik etmiş və onlara kəndin   abadlıq – quruculuq işlərində uğurlar arzulamışdılar.
   Tədbirdə Salmanbəyli kəndinin   ağsaqqalları və ziyalıları çıxış edərək göstərlən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına və rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədova minnətdarlıqlarını bildirmişlər və qeyd etmişlər ki, Salmanbəyli kəndində  istifadəyə verilən yeni nasos stansiya və körpü  camaatının sonsuz sevincinə səbəb olmuşdur .
   Tədbirdə 150 nəfər  iştirak etmişdir.

Keçidlər