Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş respublika şahmat turnirinə yekun vurulub
“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə keçirilən Xocalı Soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş ənənəvi respublika şahmat turniri başa çatıb. 26 fevral-03 mart 2019-cu il tarixlərində Ağcabədi rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbində keçirilən turnirdə 35 rayon və şəhərin uşaq-gənclər idman-şahmat məktəblərindən 317 şahmatçı mübarizə aparırdı.Turnir “A” və “B” qrupları üzrə isveçrə sistemi ilə 9 turdan ibarət olmaqla keçirilib. “A” qrupunda 11-16 yaşlı şahmatçılar, “B” qrupunda isə 10 yaşadək şahmatçılar mübarizə aparıblar.
Yarışın ümumi nəticələrinə əsasən komanda hesabında I yerə “Təhsil” RİM-in 3 nömrəli Respublika İxtisaslaşdırılımış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin,II yerə Ucar rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin və III yerə isə Şəki şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin komandaları layiq görülüb.
Yarışın keçirilməsində əsas məqsəd Xocalı soyqırımının 27-ci ildönümünün qeyd edilməsi, şahmatçıların ustalıq səviyyələrinin, idman dərəcələrinin və beynəlxalq reytinqinin artırılmasından ibarət idi..