Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində nikah mərasimi keçirilmişdir.

03 mart 2019 | 11:00

       03 mart 2019-cu il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Heydər Əliyev Mərkəzində iki gəncin – Ağcabədi rayon Rəncbərlər kənd sakini Həsənov Orxan İsmayıl oğlu ilə Ağcabədi rayon Hacıbədəlli kənd sakini Əliyeva Vüsalə İbrahim qızının  nikah mərasimi keçirilmişdir.

       Nikah mərasimindən öncə gənc cütlüklər Ulu Öndər Heydər Əliyevin rayon icra hakimiyyətinin qarşısında ucaldılmış əzəmətli abidəsini ziyarət edərək, önünə tər çiçək dəstələri qoymuş və Onun əziz xatirəsini yad etmişlər. Daha sonra gənclərin nikaha daxilolma mərasimi Heydər Əliyev Mərkəzində davam etdirilmişdir. Gənc cütlük öncə Ulu Öndər Heydər Əliyevin Mərkəzdəki büstü önünə gül dəstələri qoyaraq, xatirəsinə ehtiramlarını bildiriblər.
  Sonra nikah aktının imzalanması mərasimi olmuşdur.
     Yekunda yeni ailə quran gənclərə qiymətli hədiyyələr təqdim olunmuş və onlarla birlikdə xatirə fotosu çəkilmişdir

Keçidlər