Şriftin ölçüsü :

Saytın rəngi :

“05 Mart – Bədən tərbiyəsi və İdman günü”nə həsr olunmuş Taekvondo idman növü üzrə uşaq və yeniyetmələr arasında Ağcabədi rayon açıq turniri keçirilmişdir

02 mart 2019 | 11:00

02 mart 2019-cu il tarixdə Taekvondo idman növü üzrə Ağcabədi şəhər 1 saylı tam orta məktəbin idman zalında “05 Mart – Bədən tərbiyəsi və İdman günü”nə həsr olunmuş uşaq və yeniyetmələr arasında Ağcabədi rayon açıq turniri keçirilmişdir. Turnir gərgin mübarizə şəraitində keçmiş və idmançılar müxtəlif çəki dərəcələrində güclərini sınamışdırlar. Yekunda ayrı-ayrı çəki dərəcələrində I,II,III yerləri tutmuş idmançılara rayon Gənclər və İdman idarəsinin tərəfindən Diplom və medallar təqdim olunmuşdur.

Keçidlər