Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Xocalı soyqırımı ilə əlaqədar olaraq silsilə tədbirlər davam edir

21 fevral 2019 | 11:00

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar silsilə tədbirlərin keçirilməsi davam edir. Növbəti tədbir Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində keçirildi. Mərkəzin foyesində təşkil olunmuş sərgidə Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “Rəsm” kursunun üzvlərinin Xocalı Soyqırımına həsr edilmiş rəsm əsərləri ilə tanışlıqdan sonra tədbirin rəsmi hissəsinə başlanıldı.  “Gənc Heydərçilər” in, hərbiçilərin, mədəniyyət işçilərinin, YAP Ağcabədi rayon təşkilatının və Ağcabədi rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə öncə Xocalı şəhidlərinin, Azərbaycanın Müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
    Tədbiri giriş sözü ilə açan Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktor Məhsəti Musa zaman-zaman xalqımızın başına gətirilən müsibətlərdən söz açaraq gəncləri diqqətli, ayıq – sayıq olmağa, tariximizi, qan yaddaşımızı daha dərindən öyrənməyə çağırdı.
    Heydər Əliyev Mərkəzinin əməkdaşı Cavid İsmayılovun məruzə ilə çıxışından sonra Ağcabədi şəhər 1 №-li tam orta məktəbin Gənc Heydərçilər qrupunun rəhbəri Bəhram Əsgərli, Ağcabədi Pedaqoji Kollecin direktor müavini Rövşən Bayramov, N saylı hərbi hissənin əsgəri Namiq Qasımov, Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Rza Quluyev çıxış edərək Xocalı soyqırımının təşkilatçıları, bu faciənin günahsız qurbanları haqqında danışmış, Xocalı soyqırımının dünyada tanınması istiqamətində dövlət tərəfindən həyata keçirilən işlərdən söz açmışdır.
    Sonda Heydər Əliyev Mərkəzinin “Həvəskar aktyorluq və bədii qiraət” kursunun üzvlərinin ifasında Xocalı şəhidlərinə həsr olunmuş ədəbi-bədii şeir kompozisiyası təqdim olundu.

Keçidlər